Page 81 - Ferdinand de Sössür_Layout 1
P. 81
Ümumi dilçilik kursu
hadisә bizim eksploziv qrupu nәzәrdәn keçirәrkәn tәhlil et-
diyimiz hadisәyә tamamilә paraleldir: rt birlәşmәsindә t sәsi
az dәrәcәli açılma üzündәn r-nı eksploziyadan azad edir.
Mәsәlәn, rm-da olduğu kimi hәr iki fonem müxtәlif әmәlә -
gәlmә yerlәrinә malikdirsә, onda m r-nı eksploziyadan azad
etmir, lakin – elә bu cür dә olmalı idi – özünün daha qapalı
artikulyasiyası vasitәsi ilә onun eksploziyasını bütünlüklә
ödәyir. Əks halda, m r birlәşmәsindә ötәri, mexaniki olaraq
qaçılmaz eksploziya nitq zәncirini qırır.
Aydındır ki, imploziv qrup eksplozivә oxşar olaraq çox
açılışdan aza ardıcıl keçmә şәraitindә tәrkibindә ikidәn artıq
elementi birlәşdirә bilәr.
Qrup daxilindәki qırılmaları bir tәrәfә qoyub indi dә,
mәsәlәn, fransızca particulierement, yәni partıkyljer -
ma- da bizә tәqdim olunduğu üzrә “fizioloji” adlandırıla
bilәn normal, kәsilmәz sәslәr zәncirinә baxaq. O, ağız orqan -
larının açılması ilә qapanmasının bir-birini әvәz etmәsinә
uyğun olaraq dәrәcәlәrinә ayrılmış eksploziv vә imploziv
kәsiklәrin növbәlәşmәsi ilә sәciyyәlәnir.
Belәliklә, biz normal nitq zәncirini xarakterizә etdikdәn
sonra olduqca zәruri olan sonrakı mәsәlәlәrә keçirik.
81