Page 84 - Ferdinand de Sössür_Layout 1
P. 84
Ferdinand de Sössür
§5. Hecayaayrılma nәzәriyyәsinin tәnqidi
Hamı bilir ki, qulaq istәnilәn nitq zәncirindә hecaya
bölünmәni vә hәr bir hecada sonantı seçib fәrqlәndirir. Lakin
soruşmaq olar ki, hәmin iki faktın ağlabatan әsasları han -
sıdır? Bir neçә izahat tәqdim edilmişdir:
1. Bir fonemin başqaları ilә müqayisәdә daha yüksәk
sonorluğu faktından çıxış edәrәk hecanı fonemin sonorlu -
luğu ilә әsaslandırmağa çalışmışlar. Elә isә i, u kimi sonor
fonemlәr nә üçün mütlәq heca yaratmışlar? Bundan başqa,
әgәr 5 tipli frikativ sәslәr (mәsәlәn, pst-da) heca yarada
bilәrsә, tәlәb olunan sonorluluq hansı hüdudda yayılır?
Yanaşı sәslәrin yalnız nisbi sonorluğu barәdә söhbәt gedirsә,
onda hecanın az sonorlu element vasitәsilә yarandığı wl kimi
(mәsәlәn, hind-Avropa: *wlkos ‘qurd’) birlәşmәlәri necә izah
edәk?
2. İlk dәfә Sivers müәyyәn etmişdir ki, saitlәr sırasına
daxil edilәn sәs sait tәәssüratı doğurmaya da bilәr (biz artıq
gördük ki, mәsәlәn, j vә w – i vә u-dan başqa bir şey deyil).
Hәmin ikili funksiyanın vә ya ikili akustik effektin (“funk -
siya” sözü burada başqa heç nәyi ifadә etmir) haradan әmәlә
gәlmәsini soruşanda belә cavab verirlәr: bu vә ya digәr sәs
bu vә ya digәr funksiyanı üzәrinә “heca vurğusu” düşüb-
düşmәdiyinә görә daşıyır.
Lakin axı bu yerindә fırlanmaqdır: ya mәn sonant olan
hәr yerdә heca vurğusunun iştirakını istәnilәn hallarda öz
mülahizәmә görә güman etmәkdә haqlıyam (lakin bu cür
hallarda onu sonant deyil, heca vurğusu adlandırmağa heç
bir әsas yoxdur), ya da әgәr “heca vurğusu” hansısa mәnaya
malikdirsә, onda görünür, bu, yalnız heca qanunları ilә idarә
olunan vurğudur. Halbuki, qanunlar özlәrini formulә etmir,
әgәr hecanın yaranması hәmin vurğudan asılıdırsa, bu sonant
keyfiyyәtini “hecadüzәldici” (silbenbildend) adlandırırlar.
Görünür ki, bizim metodumuz hәr iki әvvәlki izahata
84 ziddir: hecanı nitq zәncirindә verildiyi kimi tәhlil edәrәk biz
tәrkib hissәlәrinә ayrılmaz vahidlәrә, açılış vә qapanış sәs -