Page 79 - Ferdinand de Sössür_Layout 1
P. 79
Ümumi dilçilik kursu
§3. Nitq zәncirindә eksploziya vә
imploziyanın müxtәlif kombinasiyaları
İndi isә eksploziya vә imploziyanın nәzәri cәhәtdәn
mümkün olan dörd haldakı birlәşmәsindәn nә hasil olduğu -
nu nәzәrdәn keçirәk:
1. < >, 2. > <, 3. <<, 4. >>.
Eksploziv- imploziv qrup (< >). Birincisi eksploziv, ikin -
cisi imploziv olan iki fonemi nitq zәncirini qırmadan
birlәşdirmәk hәmişә mümkündür: kr, ki, ym vә s. (müqayisә
et: sanskrit krta-, fransızca kite- yazılışı: quitter, hind-Avropa
*ymto vә s.). Doğrudur, kt vә s. kimi bәzi birlәşmәlәr praktik
olaraq reallaşa bilmәz, lakin hәr halda hәqiqәtdir ki, eks -
ploziv k-nın artikulyasiyasından sonra nitq orqanları elә
vәziyyәtdә olur ki, istәnilәn nöqtәdә sıxılma-kiplәşmә
yaratmağa imkan verir. Fonasiyanın hәmin iki fazası bir-
birinә mane olmadan biri digәrinin ardınca gәlә bilәr.
İmploziv- eksploziv qrup (> <). Birincisi imploziv, ikin -
cisi eksploziv olan iki fonemin birlәşmәsi dә yuxarıda
deyilәn qeyd-şәrtlәrlә tamamilә mümkündür; mәsәlәn: im,
kt vә s. (müqayisә et: yunanca haima, fransızca actif vә s.).
Əlbәttә, biri digәrini әvәz edәn bu artikulyasiya mә -
qamları birinci haldakı qәdәr bir-birinin ardınca tәbii gәlmir.
Başlanğıc imploziya ilә başlanğıc eksploziya arasında o fәrq
var ki, ağızın neytral vәziyyәtinә aparan eksploziya sonrakı
mәqamda nitq orqanlarını heç nәyә tәhrik etmir; halbuki im-
ploziya nitq orqanlanın elә bir vәziyyәtini yaradır ki, heç bir
eksploziya üçün çıxış nöqtәsi olaraq xidmәt edә bilmir. Ona
görә dә, hәmişә nitq orqanları üçün nәsә bir uyğunlaşdırıcı
hәrәkәt zәruridir ki, onlar növbәti fonemin artikulyasi ya -
sında müvafıq vәziyyәti alsınlar; deyәk ki, sp birlәşmәsindә
s-nı tәlәffüz edәrkәn biz dodaqlarımızı sıxmalıyıq ki, eks -
ploziv p üçün hazır olaq. Bununla belә, tәcrübә göstәrir ki,
bu uyğunlaşdırıcı hәrәkәt, nәzәrә almadığımız vә nitq
79
axınına heç cür mane olmayan qaçaraq sәslәrdәn birini say-
masaq, az-çox әhәmiyyәtli heç nә törәtmir.