Page 74 - Ferdinand de Sössür_Layout 1
P. 74
Ferdinand de Sössür
kimi baxılsın. Qoşa sәs birlәşmәsi biri digәrini qarşılıqlı
şәkildә şәrtlәndirәn bir sıra mexaniki vә akustik elementlәri
ehtiva edir. Nә zaman ki bir sәs ehtizaza gәlir, hәmin ehtizaz,
ehtiyac varsa, başqalarında da әks olunur – vәzifә isә bu
inikasları qeydә almaqdan ibarәtdir. Əgәr fonasiya hadisә -
lәrindә fonemin artikulyasiya rәngarәngliyi “fövq”ündә da -
yanan nә isә universal bir şey varsa, bu, heç şübhәsiz, indicә
haqqında söhbәt gedәn nizamlanmış mexanizmdir. Vә sәs
birlәşmәsi fonologiyasının ümumi dilçilik üçün hansı әhә -
miy yәtә malik olması da burada ortaya çıxır. Dildәki bütün
sәslәrin, dәyişkәn vә tәsadüfi elementlәrin artikulyasiyası
barәdә qaydalarla kifayәtlәndikdә, hәmin kombinator
fonologiya bir-birindәn asılı fonemlәrin imkanlarını, daimi
münasibәtlәrini ifadә edir. Deyәk ki, hagl, balq vә s. ilә bağlı
xüsusi hadisә hind-Avropa sonantları baradә ümumi, geniş
müzakirә olunmuş mәsәlә ortaya çıxır. Bu mәhz o sahәdir
ki, orada fonologiyanı yuxarıda şәrh olunmuş mәnada
anlamadan keçinmәk çәtindir, çünki o, hecalara bölünmә
barәdә әsas verir – hәr şey әvvәldәn axıracan hәmin әsasda
quru lur. Bu, haqqında söhbәt gedәn metodla hәll oluna bilәn
yeganә problem deyil; lakin hәr halda bir şey aydındır:
fonem birlәşmәlәrini idarә edәn qanunları kifayәt qәdәr dә -
qiq aydınlaşdırmadan sonantlar barәdәki mәsәlәni müza kirә
etmәk, demәk olar ki, mümkün deyil.
74