Page 73 - Ferdinand de Sössür_Layout 1
P. 73
Ümumi dilçilik kursu
elәcә dә bu vә ya digәr qaydanı formulә etmәk imkanı ortaya
çıxır. Bu da sadә konstatasiyadan kәskin şәkildә fәrqlәnir.
Nәticә etibarilә, әgәr fonologiya özünün әsas prinsiplәrinin
axtarışında tәcrid olunmuş sәslәrә üstünlük verirsә, sağlam
fıkrin әleyhinә gedir; onun ikifonemli birlәşmәlәrә rast
gәlmәsi kifayәtdir ki, kömәksiz vәziyyәtә düşsün. Deyәk ki,
qәdim yuxarı alman dilindә hagl, balg, wagn, lang, donr, dorn
sözlәri sonralar hagal, balog, wagan, lang, donnar, dorn
şәklindә verilmişdir; belәliklә, sәslәrin xarakterindәn vә
sırasından asılı olaraq, sәs birlәşmәsi daxilindә nәticәlәr
müxtәlif olur: bir halda samitlәr arasında sait әmәlә gәlir,
başqa halda sәs birlәşmәsi әvvәlki şәklini saxlayır. Bәs
qanunu necә formulә etmәli? Fәrqlәnmә öz mәnbәyini
haradan alır? Şübhәsiz, hәmin sözlәrdәki samit birlәşmә lә -
rindәn (gl, lg, gn vә s.). Gözә dәyәn odur ki, bütün bu birlәş -
mәlәrin hamısına partlayan samit daxildir. Bir halda ondan
әvvәl, digәr halda ondan sonra sürtünәn vә ya burun fonemi
işlәnir. Elә isә bundan nә hasil olur? Biz g vә n-ya eynicinsli
hadisәlәr kimi baxdığımızdan, anlaya bilmәyәcәyik ki, nә
üçün g ilә n-nın tәması n ilә g-nın tәmasından fәrqli effekt
verir. Belәliklә, sәs tiplәri fonologiyası ilә yanaşı, tamamilә
başqa növdә – qoşa birlәşmәlәrdәn, fonemlәrin zaman
ardıcıl lığından çıxış edәn elm dә lazımdır. Tәcrid olunmuş
sәslәrin öyrәnilmәsi zamanı nitq üzvlәrinin vәziyyәtini tәyin
etmәk kifayәtdir: fonemin akustik keyfiyyәtini müәyyәnlәş -
dirmәk problem deyil – o, qulaq vasitәsilә aydınlaşdırılır;
artikulyasiyaya gәldikdә, biz onu istәdiyimiz şәkildә sәrbәst
edә bilәrik. Elә ki söhbәt iki sәsin birlәşmәsinin tәlәffuzün -
dәn gedir, mәsәlә mürәkkәblәşir: gözlәnilәn vә alınan
nәticәlәr arasındakı fәrqlәnmәnin mümkünlüyünü hesaba
almaq lazım gәlir. İstәdiyimizi tәlәffüz etmәk heç dә hәmişә
bizim әlimizdә deyil. Fonoloji tiplәri öz aralarında әlaqәlәn -
dirmәk sәrbәstliyi artikulyasiya hәrәkәtlәrini әlaqәlәndirmәk
imkanları ilә mәhdudlaşır. Sәs birlәşmәlәri daxilindә nәlәr
baş verdiyini dәrk etmәk üçün elә bir fonologiya yaratmaq 73
lazımdır ki, orada hәmin sәs birlәşmәlәrinә cәbri tәnliklәr