Page 72 - Ferdinand de Sössür_Layout 1
P. 72
Ferdinand de Sössür
II fәsil
FONEM NİTQ ZƏNCİRİNDƏ
§l. Sәslәri nitq zәncirindә öyrәnmәyin
zәruriliyi
Xüsusi әdәbiyyatda, bırinci növbәdә ingilis fonetist -
lәrinin әsәrlәrindә dil sәslәrinin dәrindәn tәhlilini görmәk
olar. Lakin bu bәs edirmi ki, fonologiya dilçilәrә kömәkçi
bir elm kimi xidmәt etsin, yәni öz tәyinatını yerinә yetirsin?
Toplanmış detalların bolluğu öz-özlüyündә bir şeyә dәymәz,
onların yalnız sintezi qiymәtlidir. Dilçinin kamil bir fonoloq
olmasına ehtiyac yoxdur, o, fonologiyadan ancaq dilin öyrә -
nilmәsi üçün lazım olan ölçüdә mәlumat tәlәb edir.
Müasir fonologiyanın metodu xüsusilә ona görә nata -
mam dır ki, dildә yalnız sәslәrin deyil, tәlәffüz olunan sәs
zәncirinin dә olduğunu nәzәrdәn qaçırır. Bütün diqqәt,
demәk olar ki, tәcrid olunmuş sәslәrә yönәlir. Halbuki ilkin
ola raq bizә ayrıca sәs verilmir: heca bilavasitә onu tәşkil
edәn sәslәrdәn daha әvvәl tәzahür etmişdir. Biz görmüşük
ki, bir sıra qәdim yazı sistemlәri mәhz heca vahidlәrini әks
etdir miş, ancaq bundan sonra hәrfi yazı sisteminә gәlib
çıxmışdır.
Bunun fövqündә, demәk lazımdır ki, dilçilik üçün sadә
sәs vahidi heç zaman çәtinlik törәtmәmişdir: әgәr, mәsәlәn,
bu vә ya digәr dilin ayrı-ayrı dövründә a-lar o-ya da
keçmişsә, bundan heç bir nәticә çıxmır. Odur ki, hәmin
faktın konstatasiyası ilә kifayәtlәnib, onu fonoloji baxımdan
aydınlaşdırmağa cәhd etmәmәk olar. Sәslәr barәdәki elmin
әsl dәyәri yalnız o zaman meydana çıxır ki, bir-iki vә ya çox
sayda elementin daxili qarşılıqlı әlaqәsi faktı ilә qarşılaşırıq;
bu zaman mәlum olur ki, bir elementin variasiyaları o biri
72 elementin variasiyaları ilә müәyyәnlәşir. Burada artıq iki
elementin iştirakı faktorunun özündә müәyyәn münasibәtlәr,