Page 69 - Ferdinand de Sössür_Layout 1
P. 69
Ümumi dilçilik kursu
C.Açılmanın ikinci dәrәcәsi: burun sәslәri (bax: A)
Ç. Açılmanın ücüncü dәrәcәsi: süzülәn sәslәr
Bu sinfә iki tip artikulyasiya aiddir.
1. Lateral artikulyasiya: dil damağın ön hissәsinә dayanır,
lakin sağdan vә soldan keçid yeri qoyur. Hәmin vәziyyәt
bizim formulda sәtirüstü ‘ ilә әks olunur. Artikulyasiya yerinә
görә diş (1), damaq (l’) vә ya “yumşaldılmış” vә velyar vә
ya “qalın” (ϯ) sәslәr fәrqlәnir. Demәk olar ki, bütün dillәrdә
bu fonemlәr b, z vә s. kimi cingiltili olur. Lakin kar laterallar
da vardır, mәsәlәn, fransız dilindә kardan sonra gәlәn 1 sәs
tonu olmadan tәlәffüz edilir (mәsәlәn, pluie sözündә bleu
sözündәkinin I әksinә olaraq), lakin biz bu fәrqi dәrk etmirik.
Olduqca nadir, fәrqlәnmәz olan 1 burun sәsi barәdә
danışmağa dәymәz. Lakin ona da, xüsusilә burun samitindәn
sonra, rast gәlinir (mәsәlәn, fransızcada: branlant).
2. Vibrant artikulyasiyası: dil damağa yaxınlaşır, lakin 1-
dә olduğundan az dәrәcәdә. Bu zaman o, qeyri-müәyyәn
sayda tәrәddüdlәrlә o vaxta qәdәr titrәyir (formulda sәtirüstü
işarә ) ki, açılma tәxminәn laterallarda olan dәrәcәyә çatır.
v
Hәmin titrәyiş iki üsulla baş verә bilәr: alveola toxunan dil
ucu ilә, yәni qabaqda (necә deyәrlәr, “gurultulu” r), yaxud
dilin arxa hissәsi ilә, yәni arxada (necә deyәrlәr, “uğultulu”
r). Kar vә burun vibrantlarına gәldikdә yuxarıda laterallar
barәdә deyilәnlәri tәkrar etmәk olar.
Üçüncü dәrәcәli açılmanın arxasınca biz artıq başqa
sahәyә daxil oluruq: samitlәrdәn saitlәrә keçirik. İndiyә
69