Page 67 - Ferdinand de Sössür_Layout 1
P. 67
Ümumi dilçilik kursu
Aşağıdakı cәdvәldә bütün bu fonemlәrin formulları veri l -
mişdir:
m, n, rj burun sәslәri, әslindә, cingiltili partlayan burun
sәslәridir; nә zaman ki amba tәlәffüz olunur, yumşaq damaq
qalxır ki, m-dan b-ya keçәn mәqamda buruna keçidi bağlasın.
Nәzәri olaraq, hәr bir qrupda sәs tellәrini ehtizaza
gәtirmәyәn, başqa sözlә, kar burun fonemi var; mәsәlәn,
skandinav dillәrindә kar sәsdәn sonra kar tәlәffüz olunan
[ m ] meydana çıxır ki, bu cür nümunәlәri fransız dilindә dә
tapmaq olar. Lakın danışanlar fransız burun sәslәrinin
karlığında diferensial element görmürlәr.
Cәdvәldә burun sәslәri mötәrizәyә alınmışdır; iş burasın -
dadır ki, hәrçәnd artikulyasiya ağızın tam kiplәşmәsini tәlәb
edir, lakin buruna çıxışın açıq olması onlara daha yüksәk
dәrәcәdә açılma gәtirir (B sinfinә bax).
b) Açılmanın birinci dәrәcәsi: frikativlәr vә ya spi -
rantlar
Onlar ağız boşluğunda hava axınına mane ola bilmә yә -
cәk natamam kiplәşmә ilә sәciyyәlәnirlәr. “Spirant” termini
yay ğındır, “frikativ” termini, hәrçәnd o da açılmanın dәrәcә -
si barәdә bir şey demir, hava axınının yaratdığı sürtünmәnin
67
tәәssüratını yada salır (latınca: fricäre ‘sürtmәk’).