Page 70 - Ferdinand de Sössür_Layout 1
P. 70

Ferdinand de Sössür

                qәdәr biz bu cür fәrqin varlığı barәdә bir söz demәmişdik,
                çünki hәr iki halda fonasiya mexanizmi eyni şәkildә qalır.
                Saitin formulu istәnilәn cingiltili samitin formulu ilә tama -
                milә müqayisә olunandır. Ağız artikulyasiyası baxımın dan
                onların arasında heç bir fәrq yoxdur. Yalnız akustik effekt
                fәrqlәnir. Ağız – açılmanın müәyyәn dәrәcәsini yüksәlt -
                mәk  dә başlıca olaraq rezonator kimi funksionallaşmağa
                başlayır. Sәs tonu dominant olur, küy ağız boşluğunda yoxa
                çıxır. Ağız nә qәdәr çox bağlanırsa, sәs tonu o qәdәr zәif
                olur; nә qәdәr çox açılırsa, küy o qәdәr azalır. Elә ona görә
                dә saitlәrdә sәs tamamilә avtomatik olaraq üstündür.
                    D. Açılmanın dördüncü dәrәcәsi: i. u. y.
                    O biri saitlәrlә müqayisәdә hәmin sәslәr әhәmiyyәtli
                dәrәcәdә qapalıdır – onlar bu baxımdan samitlәrә yaxınla -
                şır. İrәlidә izah edilәcәyi kimi, buradan bir sıra nәticәlәr
                çıxır ki, bu da adәtәn hәmin fonemlәrә verilәn yarımsait
                adı nı doğruldur.
                                             -
                   İ- dartılmış dodaqlar (işarәsi  ) vә ön artikulyasiya ilә; u
                - dairәlәnmiş dodaqlar (işarәsi °) vә arxa artikulyasiya ilә, y
                - dodaqların u- da, artikulyasiyanın i- dә olduğu vәziyyәtdә
                tәlәffüz edilir.
                   Ümumәn bütün saitlәrdә olduğu kimi, i, u, y-da da burun
                rezonatorlu formalar ola bilәr; lakin onlar nadir hadisәdir vә
                biz nәzәrә almaya bilәrik. Qeyd etmәk lazımdır ki, fransız
                orfoqrafiyasında in vә un ilә ifadә olunan sәslәr buraya aid
                deyil.















        70         Kar i, yәni sәs tonunun iştirakı olmadan artikulyasiya olu -
                 nan i mövcuddurmu? Hәmin sual hәm u, hәm y, hәm dә
   65   66   67   68   69   70   71   72   73   74   75