Page 71 - Ferdinand de Sössür_Layout 1
P. 71
Ümumi dilçilik kursu
ümumәn bütün saitlәrlә әlaqәdar qoyula bilәr: sanki kar
samitlәrә uyğun gәlәn belә fonemlәr mövcuddur, lakin onları
zәiflәmiş sәs axını zamanı artikulyasiya olunan pıçıltılı
saitlәrlә qarışdırmamaq lazımdır. Kar saitlәri onların
әvvәlindә tәlәffüz edilәn nәfәsli h-ya bәnzәtmәk olar:
mәsәlәn, hi-dә birinci növbәdә sәs tellәrinin titrәyişi ol-
madan i, sonra isә normal i eşidilir.
Açılmanın besinci dәrәcәsi: Ɛ,Ɔ, œ – onların arti kul -
ya siyası i, u, y-nün artikulyasiyasına uyğun gәlir. Bu sәs lәrin
nazallaşmışlarına tez-tez tәsadüf edilir (mәsәlәn, Ɛ, Ɔ, œ
fransız dilindә: pin, pont, brun). Kar formalar: h-hƐ, hƆ, hœ.
Bir sıra dillәr burada bir neçә açılma dәrәcәlәri ilә
fәrqlәnirlәr: deyәk ki, fransız dilindә, heç olmasa, iki sıra var:
necә deyәrlәr, “qapalı” - e, o, 0 (mәsәlәn, dĞ, dos, deux
sözlәrindә) vә “açıq” - e,Ә,ae (mәsәlәn, mer, mort, meurt
sözlәrindә).
Açılmanın altıncı dәrәcәsi: a – maksimal açılma; hәm
nazallaşmış (doğrudur, bir qәdәr sıxılma ilә : ä ; mәsәlәn:
fransızca gran d sözündә), hәm dә kar forması var: h- ha.
71