Page 75 - Ferdinand de Sössür_Layout 1
P. 75
Ümumi dilçilik kursu
§2. İmploziya vә eksploziya
Biz belә bir әsas müşahidәdәn çıxış edәcәyik ki, appa
tipli sәs birlәşmәsi tәlәffüz olunarkәn birincisi sıxılmaya
(kiplәşmә), ikincisi açılmaya (partlama) uyğun gәlәn p-lar
arasındakı fәrq hiss olunur. Bununla belә, hәmin iki tәәssürat
oxşar olduğundan pp birlәşmәsinin eyni bir p simvolu ilә
ifadә olunması başa düşülәndir. Vә hәr halda fәrqlәrin
mövcudluğu bizә appa-da birinci vә ikinci p-nı xüsusi > vә
< işarәlәri ilә ayırmağa vә bununla da onları nitq zәncirindә
ard-arda gәlәrkәn (mәsәlәn: apta, atpa) sәciyyәlәndirmәyә
imkan verir. Hәmin fәrqlәr yalnız kiplәşәn-partlayan sәs -
lәrdә müşahidә olunaraq qalmır; onlara frikativ (affa), burun
(amma), sürtülәn (alla) samitlәr vә a-dan başqa saitlәr (aooa)
dә daxil olmaqla bütün fonemlәrdә rast gәlirik.
Sıxılma-kiplәşmәni imploziya, açılma-partlamanı isә
eksploziya adlandırır lar: p ya imploziv (p), ya da eksploziv
(p) ola bilәr. Bu mәnada qapanan vә açılan sәslәrdәn danış -
maq mümkündür.
Şübhәsiz, appa tipli birlәşmәlәrdә imploziya vә eksp lo -
ziyadan başqa, sükunәt momenti ayrılır ki, hәmin müd dәtdә
kiplәşmә istәnilәn hallarda uzana bilәr; әgәr söhbәt daha
geniş dәrәcәli açılma, mәsәlәn, alla birlәşmә sindә 1 barәdә
gedirsә, onda sәs nitq üzvlәrinin hәrәkәtsizliyi zamanı da
tәlәffüz olunur. Ümumiyyәtlә, hәr bir nitq zәncirindә hәmişә
aralıq fazası vardır ki, biz onu toxtama, yaxud toxtama
artikulya siyası adlandıracağıq. Onlar imploziv artikulyasi -
yaya oxşadıla bilәr, çünki onların effekti analojidir. Odur ki,
bundan sonra yalnız imploziya vә eksploziyanı nәzәrә
alacağıq.
Fonologiyaya dair xüsusi әdәbiyyatda yolverilmәz olan
bu cür sadәlәşdirmә maksimum sadәlәşdirilmiş sxemli heca -
lanmanın әn әsas xüsusiyyәtlәri nәzәrdәn keçirilәn zaman
özünü doğruldur. Biz nitq zәncirinin hecalara üzvlәnmәsi 75
problemi ilә bağlı ortaya çıxan bütün çәtinliklәrin hәllini