Page 80 - Ferdinand de Sössür_Layout 1
P. 80
Ferdinand de Sössür
3. Eksploziv qrup (<<). İki eksploziya biri digәrinin
ardınca yarana bilәr; lakin әgәr ikincisi az vә ya bәrabәr
dәrәcәdә açılan fonemә aiddirsә, әks halda meydana çıxan
vә sonrakı iki halda müşahidә edilәn akustik vәhdәt
hissiyyatı alınmayacaqdır: pk - pka kimi tәlәffüz oluna bilәr,
lakin hәmin sәslәr fasilәsiz zәncir yaratmır, çünki P vә K
tiplәri eyni açılma dәrәcәsinә malikdir. Əgәr birinci a-dan
sonra dayansaq, ʃ a-pka sözündә bu cür az tәbii tәlәffüz
alınacaqdır. Əksinә, pr kәsilmәzlik tәәssüratı yaradır (mü -
qayisә et: fransızca prix), rj dә çәtinlik doğurmur (müqayisә
et: fransızca rien). Nәyә görә? Ona görә ki, ilk eksploziyanın
meydana çıxdığı mәqamda nitq orqanları, birincinin akustik
effektinә mane olmadan, ikinci eksploziyanın yerinә yeti -
rilmәsi üçün artıq zәruri vәziyyәt ala bilmişdir: mәsәlәn, prix
sözündә nitq orqanları artıq p-nın tәlәffüzü zamanı r-nın
tәlәffüzü üçün hazır vәziyyәtdә olur. Lakin rp tәrsinә bir -
lәşmә cәrgәsi olaraq tәlәffüz etmәk mümkün deyil; ona görә
yox ki, nitq orqanları eksploziv r-nın artikulyasiyası mә -
qamında p üçün vәziyyәti mexaniki olaraq ala bilmәz, ona
görә ki, aşağı dәrәcәli açılma p ilә tәmasa girәn hәmin r-nın
artikulyasiyası qavranıla bilmәzdi.
Belәliklә, rp tәlәffüz etmәk istәdikdә biz bunu nitq
zәncirini qırmaqla ikidәfәyә etmәliyik. Kәsilmәz eksploziv
qrup ardıcıl olaraq az açılmadan çoxa doğru keçid şәraitindә
öz tәrkibindә ikidәn çox elementi ehtiva edir (mәsәlәn: krwa).
Üzәrindә dayanmayacağımız bәzi xüsusi halları nәzәrә alma -
dan demәk olar ki, nitq kәsiyindәki eksploziyanın mümkün
sayı, tәbii olaraq, praktik fәrqlәndirmәyә gәlәn açılma
dәrәcәlәrinin kәmiyyәti ilә mәhdudlaşır.
4. İmploziv qrup (>>). Əks qanuna tabe olur. Əgәr birinci
fonem ondan sonra gәlәndәn daha açıqdırsa, kәsilmәzlik
tәәssüratı yaranır; mәsәlәn: ır, rt; әgәr bu şәrait yoxdursa, әgәr
növbәti fonem ondan әvvәl gәlәndәn çox, yaxud ona bәrabәr
dәrәcәdә açılmadadırsa, tәlәffüz mümkündür, lakin kәsil -
80 mәzlik tәәssüratı itir: deyәk ki, asrta sözündәki sr birlәşmәsi
ʃa-pka-dakı pk birlәşmәsi ilә eyni sәciyyә daşıyır. Hәmin