Page 76 - Ferdinand de Sössür_Layout 1
P. 76
Ferdinand de Sössür
iddia etmirik; yalnız hәmin problemin öyrәnilmәsinin rasi -
onal әsaslarını qoymağa çalışırıq.
Daha bir qeyd. Müxtәlif açılma dәrәcәli sәslәrin yaran -
ması üçün zәruri olan imploziv vә eksploziv hәrәkәtlәri
qarışdırmaq olmaz. İstәnilәn fonem hәm imploziv, hәm dә
eksploziv ola bilәr, lakin, әlbәttә, açılma dәrәcәsi imploziya
vә eksploziyaya o baxımdan tәsir edir ki, hәmin hәrәkәtlәrin
fәrqlәnmәsi, açılma dәrәcәsi nә qәdәr böyük olsa, o qәdәr
az hiss edilir. Deyәk ki, i, u, y-ya münasibәtdә fәrq daha yaxşı
nәzәrә çarpır: alla-da imploziv vә eksploziv i-ni ayırd etmәk
olar. Uyğun olaraq auua, ayya-da imploziv u y-dәn o
dәrәcәdә aydın fәrqlәnir ki, yazı öz adәti xilafina bәzәn
hәmin fәrqi әks etdirir: ingiliscә w, almanca j vә qismәn
fransızca y (mәsәlәn, yeux ‘gözlәr’ sözündә) u vә i- ni işa -
rә etmәk üçün işlәdilәn u vә i-nin әksinә olaraq açılış
sәslәrini (u,) ifadә edir. Lakin daha yüksәk dәrәcәli açılma
(e vә o) zamanı nәzәri olaraq tәsәvvür edilmiş imploziya vә
eksploziyanı (müqayisә et: aeea, aooa) praktikada fәrqlәn -
dirmәk olduqca çәtindir. Nәhayәt, yuxarıda qeyd edildiyi
kimi, әn yüksәk dәrәcәdә, a dәrәcәsindә açılma zamanı nә
imploziya, nә dә eksploziya üçün yer yoxdur; çünki bu
fonemin açıqlığı hәmin xarakterli hәr cür fәrqi aradan
qaldırır.
Belәliklә, a-dan başqa hәr bir fonemi cütlәşdirmәk la -
zım dır. Vә o zaman ayrılmaz sәs vahidlәrinin cәdvәli aşağı -
dakı şәkildә olacaqdır:
pp vә s. iy vә s.
ff vә s. ee vә s.
mm vә s. a
rr vә s.
Ənәnә ilә möhkәmlәndirilmiş qrafık fәrqlәnmәlәri (i- y,
u- w) aradan qaldırmaq bir yana, әksinә, onları möhkәm
qoruyuruq ki, hәmin baxımın da әsaslandırıl ma sı irәlidә
verilәcәkdir.
Belәliklә, biz ilk dәfә mücәrrәdlik sahәsini tәrk edirik;
76
ilk dәfә olaraq nitq zәncirindә vә müәyyәn zaman әrzindә
öz yerini tutan konkret, ayrılmaz elementlәr tәzahür edir.