Page 77 - Ferdinand de Sössür_Layout 1
P. 77
Ümumi dilçilik kursu
Demәk olar ki, eynilә P, B, M dodaq sәslәri adı ilә daha
yüksәk mücәrrәdliyә malik vәhdәtdә birlәşdiyi kimi, p da
gerçәklikdә mövcud olan p vә p-nın ümumi әlamәtlәrini
birlәşdirәn mücәrrәdlikdәn başqa, bir şey deyil. P barәsindә
zooloji növ haqqında nә deyirlәrsә, onu demәk olar: müәy -
yәn bir növün kişi vә qadın cinsindәn olan konkret fәrdlәri
mövcuddur, lakin növün özü bu mәnada mövcud deyil.
İndiyә qәdәr biz mücәrrәd olanı fәrqlәndirib tәsnif etdik;
hazırda daha irәli getmәyә, konkret elementә gәlib çıxmağa
zәrurәt yaranır. Fonologiyanın әn böyük yanlışlığı ondan
ibarәt idi ki, o, öz mücәrrәdliklәrinә real mövcud olan
vahidlәr kimi baxdı. Vә hәmin vahidlәrә, necә vardısa, elә
dәqiq tәrif vermәdi. Yunan әlifbası hәmin mücәrrәd ele -
mentlәrin fәrqlәndirilmәsinә vә onların әsasında dayanan
tәhlilә qәdәr gedib çıxmışdı. Vә artıq dediyimiz kimi,
möhtәşәm idi. Lakin hәr halda bu, yalnız bir cәhәti әhatә
edәn natamam tәhlil olmuşdu.
Əslindә, daha dәqiq sәciyyәsi olmadan p nәdir? Əgәr
ona zaman daxilindә nitq zәncirinin bir hәlqәsi kimi baxsaq,
nә p, nә p, nә dә xüsusilә pp ola bilmәz, çünki hәmin sәs
birlәşmәsi aşkar bölünәndir; әgәr onu nitq zәncirindәn vә
zamandan kәnarda götürsәk, görәrik ki, o, mövcud olmadığı
kimi, heç nәyә dә gәrәk deyil. 1+g kimi birlәşmә öz-özlü -
yündә nә demәkdir? Axı mücәrrәdliklәr, hәtta iki olsa belә,
zaman daxilindә mәqam yarada bilmәz. 1K, 1K, 1K, 1K kimi
әsl nitq elementlәrinin birlәşmәlәri barәsindә danışmaq isә
başqa mәsәlәdir. Göründüyü kimi, әnәnәvi fonologiyanı
çıxmaza yönәltmәk üçün iki elementin birlәşdirilmәsi kifa -
yәtdir. Belәliklә, onun hәrәkәt etdiyi kimi, yalnız mücәrrәd
fonoloji vahidlәrlә әmәliyyatın mümkünsüzlüyü ortaya çıxır.
Belә bir fikir söylәnmişdir ki, nitq zәncirindә olduğuna görә
(mәsәlәn, pa vә ya apa-da p) hәr bir sadә fonem özündә im-
ploziya vә eksploziya mәqamlarını ardıcıl әks etdirir (apa).
Əlbәttә, nitq üzvlәrinin hәr cür açılmasından әvvәl onların
sıxılması lazım gәlir. Başqa nümunә gәtirәk: rp tәlәffüzü
77
zamanı mәn r-nın sıxılma-kiplәşmәsini hәyata keçirәrәk, p-
nın tәlәffüzü üçün dodaqlarımı bir-birinә yaxınlaşdıran