Page 82 - Ferdinand de Sössür_Layout 1
P. 82
Ferdinand de Sössür
§4. Heca bölgüsü vә vokal nöqtәsi
Nitq zәncirindә imploziyadan eksploziyaya ( >1< ) keçid
zamanı, mәsәlәn, particuli rement sözündә ik-dәki kimi heca
bölgüsünün göstәricisindәn ibarәt xüsusi effekt әmәlә gәlir.
Müәyyәn mexaniki vәziyyәtin müәyyәn akustik effektlә
ardıcıl olaraq uyğun gәlmәsi onu tәşkil edәn elementlәrdәn
asılı olmayaraq, imploziv-eksploziv qrupa fonoloji sıradan
olan hadisәlәr içәrisindә xüsusi sәciyyә verir.
Heca bölgüsü bir sıra hallarda, imploziyadan eksplo -
ziyaya keçidin az vә ya çox dәrәcәdә çevikliyindәn asılı ola -
raq, eyni sıra fonemlәrin iki müxtәlif nöqtәsindә maneçiliklә
qarşılana bilәr. Deyәk ki, bizim ar / dra, yaxud ard / ra
şәklindә bölmәyimizdәn asılı olmayaraq, ardra birlәşmә sin -
dә zәncir qırılmır; belә ki, ard imploziv kәsiyi öz daimiliyinә
görә dr eksploziv kәsiyi qәdәr uğurlu qurulmuşdur. Eyni şeyi
particili rement sözündә ulje barәsindә dә demәk olar (ylje vә
ya ylje).
Sonra biz görürük ki, susma halından birinci implo -
ziyaya (> ), mәsәlәn, artiste sözünün art-ında vә ya eks -
ploziyadan imploziyaya ( < >), mәsәlәn, particulierment
sözünün part-ında, keçid zamanı o sәsә ki ilk imploziya
düşür, hәmin sәs onu әhatә edәn sәslәrdәn xüsusi effektlә –
vokal effekti ilә fәrqlәnir. Bu isә a sәsinin çox açılma
dәrәcәsindәn qәtiyyәn asılı deyil, çünki prt birlәşmәsindә r
sәsi hәmin vokal effektini yaradır. O, fonoloji sәciyyәsinin,
yәni açılma dәrәcәsinin necәliyindәn asılı olmayaraq, birinci
imploziyaya mәnsubdur: onun toxtamadan, yaxud eks -
ploziyadan sonra gәlmәsi vacib deyil. Özünün birinci imp -
loziv xüsusiyyәti ilә belә bir tәәssürat yaradan sәs vokal
nöqtәsi adlandırıla bilәr. Hәmin vahidi eyni zamanda sonant
adlandırmışlar – bu halda hәmin hecanın ondan әvvәl vә
sonra gәlәn sәslәrini konsonant saymışlar. “Sait” vә “samit”
82 terminlәri, yuxarıda gördüyümüz kimi, sәslәrin müxtәlif
tiplәrini ifadә edir, halbuki “sonant” vә “consonant” termin -