Page 83 - Ferdinand de Sössür_Layout 1
P. 83
Ümumi dilçilik kursu
lәri sözlәrin hecadakı müxtәlif funksiyalarının ifadәsinә
xidmәt göstәrir. Bu cür termin ikiliyi uzun zaman әrzindә
hakim olmuş yanılmadan qaçmağa imkan verir. Deyәk ki,
mәsәlәn, i tip olaraq fid le vә pied sözlәrindә eyni cürdür –
bu, saitdir; lakin hәmin sait fid le sözündә sonant, pied
sözündә isә konsonant kimi işlәnir. Tәhlil göstәrir ki, so-
nantlar hәmişә implozivdir, konsonantlar isә gah imploziv
(mәsәlәn, ingiliscә boı - yazılışı: boy - sözündә ı ), gah da
eksplozivdir (mәsәlәn, fransızca pje - yazılışı : piedj). Bu,
yalnız ikili hadisә arasında müәyyәn olunmuş fәrqlәri tәsdiq
edir. Doğrudur, real olaraq e, o, a ardıcıl şәkildә sonant kimi
çıxış edir, lakin bu, adi uyğunluqdur: başqa bütün sәslәrdәn
daha artıq dәrәcәdә açılmaya malik olmaqla onlar hәmişә
imploziv kәsiyin әvvәlindә yerlәşir. Əksinә, minimal açılma
dәrәcәsinә malik kiplәşәn-partlayan sәslәr hәmişә konso-
nant olur. Tәcrübәdә yalnız ikinci, üçüncü vә dördüncü
açılma dәrәcәli fonemlәr (burun, süzülәn, yarımsait) onların
әhatәsindәn vә artikulyasiyalarının xarakterindәn asılı
olaraq gah bu, gah da digәr funksiyanı yerinә yetirә bilәr.
83