Page 88 - Ferdinand de Sössür_Layout 1
P. 88
Ferdinand de Sössür
(müqayisә et: buob, liab) isә, bunlar da ou, aı vә s. kimi
vәhdәt tәәssüratı yaratmayan yalançı diftonqlardır; әgәr
hәmin birlәşmәyә tәbiәti etibarilә yad olan bir vәhdәt hansısa
süni üsullarla müncәr etmәsә, zәncirin davamlı xarakterini
pozmadan uo-nu iki imploziv qrup kimi tәlәffüz etmәk
olmaz.
Diftonqun imploziv kәsiklәrin ümumi prinsiplәri әsa -
sında tәyini göstәrir ki, o, haqqında düşünmәk mümkün
olduğu kimi, heç dә heç nә ilә uyuşmayan, normaya uyğun
gәlmәyәn fonetik hadisә deyil. Onu xüsusi olaraq ayırmağa
ehtiyac yoxdur. Onun xüsusiyyәtlәri, әslindә, heç bir maraq,
heç bir әhәmiyyәt kәsb etmir: sonantın sonunu deyil, әvvә -
lini qeydә almaq lazımdır.
Sivers vә bir çox dilçilәr yazıda i, u, ü, r, n vә s.; i, u, ü, r,
n vә s. (j = “unsilbisches” i, i = “silbisches” i )-i fәrqlәndirib
mirta, mairta, miarta yazdıqları halda, biz mirta, mairta, mjarta
yazırıq. İ vә j-nın eyni fonoloji tipә aid olduğunu tapandan
sonra istәdilәr ki, onu eyni cinsdәn olan işarә ilә әks
etdirsinlәr (bu yenә dә hәmin ideyadır ki, guya sәs zәnciri
qarşılıqlı şәkildә biri digәrini müәyyәn edәn sәs tiplәrindәn
ibarәtdir). Lakin bu cür yazılış, eşitmә tәәssüratına uyğun
gәlsә dә, ağlabatan deyil vә mәhz ilk әn mühüm fәrqi aradan
qaldırır. Bunun da nәticәsindә:
1) i, u açıq sәslәri ( =j, w) i, u qapalı sәslәri ilә qarış -
dırırlar ki, bu da newo-nu neuo-dan ayırmağa imkan vermir;
әksinә, i, u qapalı sәslәri ikiyә bölürlәr (müqayisә et: mirta
vә mairta). Bu cür yazılışın uyğunsuzluğuna dair bir neçә
misal. Qәdim yunanca dwǏs vә dusǏ-ni, digәr tәrәfdәn, rh wö
vә rheüma-nı götürәk; bu iki qarşılaşdırma eyni dәqiq fono -
loji şәraitlәrdә ortaya çıxır vә eyni qrafik qarşılaşdırmalarda
normal şәkildә әks olunur: y-dan sonra çox vә ya az açıq
fonem gәlirsә, ondan asılı olaraq, ya açıq (w), ya da qapalı
(u) olur. Əgәr duis, dusi, rheuö, rheuma yazsaq, onda bütün bu
fәrqlәr silinir. Elәcә dә hind- Avropa dillәrindә hәr iki mäter,
88
mätrai, mäteres, mätrsu vә sȕneu, sȕnewai, sȕnewes, sȕnusu öz