Page 87 - Ferdinand de Sössür_Layout 1
P. 87
Ümumi dilçilik kursu
§7. Dördüncü dәrәcә açılma fonemlәri.
Diftonqlar vә onların yazılışı mәsәlәlәri
Dördüncü dәrәcә açılma fonemlәri bәzi qeydlәr etmәyә
әsas verir. Gördüyümüz kimi, bütün başqa sәslәrin әksinә
olaraq, әnәnә dördüncü açılma sәslәrinә münasibәtdә ikili
yazılışı müәyyәn etmişdir (w = u, u = u, j = ı, i = ı ). İş
burasındadır ki, aija, auwa kimi birlәşmәlәrdә < vә > di-
akretik işarәlәri ilә ifadә etdiyimiz fәrqlәr daha yaxşı duyu-
lur. ı vә u aydın şәkildә saitlәrin, ı vә u samitlәrin tәәssüratını
1
yaradır. Hәmin faktın aydınlaşdırılmasına iddia elәmәdәn
qeyd edәk ki, i samiti heç zaman qapalı olaraq tәzahür etmir.
Ona görә dә ı-nın eyni effekt yaratmış olduğu ai-yә rast
gәlmәk olmaz; bir halda ki I tipinin rәngarәngliklәri hәr
yerdә eyni cür tәzahür edә bilmәz, aija (müqayisә et:
ingiliscә boy vә fransızca pied)-da, nәticә etibarilә, j samit, i
isә vәziyyәtә görә saitdir. Elә hәmin qeyd hәm u, w, hәm dә
y, ӱ- ya tәtbiq edilә bilәr. Bu, diftonqlar barәdәki mәsәlәyә
işıq salır. Diftonq imploziv kәsiyin xüsusi halıdır. Arta vә
auta birlәşmәlәri mütlәq paraleldir, onlar yalnız ikinci ele-
mentin açılma dәrәcәsi ilә fәrqlәnir. Diftonq iki fonemin elә
imploziya kәsiyidir ki, ikinci element nisbәtәn açıq olmaqla
xüsusi akustik tәәssürat yaradır: sonant sanki qrupun ikinci
elementindә dә davam edir. Əksinә, tja tipli birlәşmә tra tipli
birlәşmәdәn, son eksploziv üzvün açılma dәrәcәsindәn
başqa, heç nә ilә fәrqlәnmir. Bu isә o demәkdir ki, fono loq -
ların yüksәlәn diftonq adlandırdıqları sәs birlәşmәlәri әslindә
diftonq deyil, eksploziv-imploziv qruplardır ki, birinci ele-
ment nisbәtәn açıq olsa da, akustik baxımdan xüsusi olaraq
heç nәyә gәtirib çıxarmır (tja). Bir sıra alman dialektlәrindә
vurğusu u vә ı üzәrinә düşәn uo, ıa tipli birlәşmәlәrә gәldikdә
1
Həmin dördüncü dərəcə açılma elemen ni yumşaq damaq frika vi (almanca liegen 87
şimali tələffüzdə) ilə qarışdırmaq olmaz. Sonuncu fonoloji p samitlərə aid olub
onların bütün xüsusiyyətlərinə malikdir.