Page 85 - Ferdinand de Sössür_Layout 1
P. 85
Ümumi dilçilik kursu
lәrinә gәlib çıxdıq. Sonra isә hәmin vahidlәri әlaqәlәn dirә -
rәk, heca bölgüsü vә vokal nöqtәsinin yerini müәyyәn edә
bildik. Hәmin akustik effektlәrin hansı fizioloji şәraitlәrdә
ortaya çıxmalı olduqlarını indi artıq bilirik. Bizim tәnqid
etdiyimiz nәzәriyyәlәr әks istiqamәtә yönәlir: tәcrid olun -
muş fonoloji tiplәri götürüb onlardan heca bölgüsünün vә
sonantın olduğu yerlәri hasil etmәk istәyirlәr. Lakin әgәr
hansısa fonem zәnciri verilmişsә, adәtәn ona o birilәrindәn
daha tәbii vә daha rahat olan yeganә artikulyasiya üsulu
mәnsubdur. Açılış vә qapanış artikulyasiyaları arasında
seçim imkanı isә әhәmiyyәtli dәrәcәdә saxlanır ki, heca
bölgüsü bilavasitә fonoloji tiplәrdәn deyil, mәhz hәmin
seçimdәn asılı olacaqdır.
Yәqin ki, nәzәriyyә bütün mәsәlәlәrin kökünә gedәrәk
onları heç dә tamamilә hәll etmir. Bu qәdәr tez-tez qarşıya
çıxan isә şüurlu vә ya şüursuz olaraq tәrkib hissәlәrinә
parçalanan imploziv kәsikdәn başqa bir şey deyil. Mәsәlәn:
ı- a (il cria da) vә ya a- ı ( bahi da ). O, yüksәk dәrәcәli
açılmalı fonoloji tiplәrdә daha çox meydana çıxır.
Dәrәcәlәnmәdiklәrinә baxmayaraq, normal birlәşmәlәrlә
eyni әsasda nitq zәncirinә daxil olub tәrkib hissәlәrinә
ayrılan eksploziv kәsiklәrә dә rast gәlinir; biz yunanca kteinö
ilә bağlı hәmin hadisәyә toxunduq. Daha bir nümunә üçün
pzta birlәşmәsini götürәk: o, normal olaraq yalnız pzta kimi
tәlәflfüz oluna bilәr. Vә әgәr sәs tonunu z üzәrindә dәqiq
cәmlәsәk, onun tәrkibinә, hәqiqәtdә olduğu üzrә, iki heca
daxildir. Lakin z karlaşırsa – çünki bu o fonemlәrdәndir ki,
daha az açılma tәlәb edir – z ilә a-nın kәskin әksliyi nәticә -
sindә pzta qrupu bir heca kimi dәrk edilir: pzta tәhәr bir şey
eşidilir.
Bütün bu tipli hallarda danışanın iradәsi vә mәramı
fizioloji zәrurәtә müdaxilә edә vә onu müәyyәn dәrәcәdә
dәyişә bilәr: hәmin iki amildәn hәr birinin hansı rolu
oynadığını dәqiq aydınlaşdırmağın çәtinliyi tez-tez üzә çıxır.
Lakin nә olursa-olsun, fonasiya hәmişә imploziya ilә
eksploziyanın növbәlәnmә si ni tәlәb edir ki, heca bölgüsünün 85
әsas şәrti dә bundan ibarәtdir.