Page 66 - Ferdinand de Sössür_Layout 1
P. 66
Ferdinand de Sössür
Belәliklә, biz sәslәri yuxarıda izah etdiyimiz prinsiplәrә
uyğun tәsnif edәcәyik. Yalnız rasional tәsnifatın sadә sxemi
barәdә söhbәt getdiyinә görә hesab etmәk lazım deyil ki,
burada praktik әhәmiyyәti nә qәdәr böyük olsa da, mürәk -
kәb, yaxud xüsusi sәciyyәli fonemlәri tapmaq mümkün
olacaq: hәmin fonemlәrә, mәsәlәn, nәfәsli samitlәr (ph, dh
vә s.), affrikatlar (tʃ, dž, pf vә s.), incәlәşmiş samitlәr, zәif
saitlәr (ә yaxud “kar” e vә s.) aiddir. Vә başqa tәrәfdәn, o
sadә fonemlәr ki praktik mәzmundan mәhrumdur, onlar heç
fәrqlәndirici sәslәr kimi çıxış etmir.
a) Açılmanın sıfır dәrәcәsi: partlayan sәslәr
Bu sinfә ağız boşluğunun germetik, lakin ani kiplәşmәsi
nәticәsindә tam partlama ilә yaranan bütün fonemlәr
daxildir. Sәsin kiplәşmә, yaxud aralanma mәqamında әmәlә
gәlmәsini araşdırmaq mәnasızdır, real olaraq o, hәmin mә -
qam ların hәr ikisindә yarana bilәr.
Artikulyasiya yerindәn asılı olaraq partlayan sәslәrin üç
başlıca qrupu fәrqlәnir: dodaq (p, b, m), diş (t, d, n), dilarxası
(k, g, ɳ) samitlәr.
Birincilәr hәr iki dodaqla artikulyasiya olunur; ikin -
cilәrin artikulyasiyası zamanı dilin ucu damağın ön hissәsinә
toxunur; üçüncülәrin artikulyasiyası zamanı dilin kökü da -
mağın arxa hissәsinә toxunur.
Bir çox dillәrdә, mәsәlәn, hind-Avropa dillәrindә iki
dilarxası artikulyasiya kәskin fәrqlәnir: biri palataldır (f-h
nöqtәlәrindә), o biri velyardır (i nöqtәsindә). Lakin digәr
dillәrdә, mәsәlәn, fransız dilindә hәmin fәrqlәr rol oyna mır:
court sözündәki arxa damaq k-nı da qulaq qui sözün dәki ön
damaq k kimi qәbul edir.
66