Page 61 - Ferdinand de Sössür_Layout 1
P. 61
Ümumi dilçilik kursu
§2. Artikulyator aparatı vә onun
funksionallaşması
Artikulyator aparatının tәsviri üçün bir sxemlә kifayәt -
lәnәcәyik: burada A- burun boşluğunu, B – ağız boşluğunu,
C – iki sәs teli arasındakı sәs keçidini, Ɛ isә udlağı göstәrir.
Ağızda α vә a ilә işarәlәnmiş dodaqları ayırmaq vacibdir;
β - γ - dildir (β -dilin ucunu, γ isә onun әsasını göstәrir); d-
üst dişlәrdir; e- alveollardır; damağa gәldikdә isә: f - ön
hissә, h -sәrt vә hәrәkәtsiz hissә, i -yumşaq vә hәrәkәtli olan,
başqa sözlә, damaq pәrdәsi adlanan arxa hissә; nәhayәt, δ -
dilçәk.
Yunan hәrflәri ilә artikulyasiyada fәal iştirak edәn
orqanlar, latın hәrflәri ilә isә passiv orqanlar işarәlәnir.
İki paralel әzәlәnin sәs tellәrinin Ɛ yaratdığı sәs keçidi
açılanda onlar açılır, sıxılanda isә bağlanır. Tam sıxılan
hesaba alınmır, açılan isә gah geniş, gah da dar olur. Birinci
halda hava sәrbәst keçir, sәs tellәri titrәmir; ikinci halda
61
havanın keçmәsi sәsli titrәmә yaradır.