Page 60 - Ferdinand de Sössür_Layout 1
P. 60

Ferdinand de Sössür

               belәliklә, hәm bu, hәm dә o biri silsilәdә dayağı olan bu
               vahid mürәkkәbdir.
                   Nitq zәncirinin tәhlili zamanı ilkin olaraq aldığımız
               elementlәr sanki hәmin zәncirin bölünmәz mәqamlarından,
               içәrisindә olduğu zamandan kәnarda nәzәrdәn keçirilmәsi
               mümkün  olmayan hәlqәlәrindәn ibarәtdir. Deyәk ki, ta tipli
               birlәşmә hәmişә bir mәqam üstә gәlәn o bıri mәqamda,
               müәyyәn müddәtin bir kәsiyi üstә gәlәn digәr kәsiyindә
               olacaqdır. Əksinә, bir kәsikdәn ibarәt  t ayrılıqda götü -
               rüldükdә in abstracto, zamandan kәnarda baxıla bilәr. Yalnız
               fәrq lәndirici xüsusiyyәtlәrә diqqәt yetirmәklә, zaman
               ardıcıllığından asılı olan hәr şeydәn qaçmaqla  t barәdә
               ümumәn T tipi (tiplәri böyük hәrflәrlә göstәrәcәyik), i barәdә
               I tipi kimi bәhs etmәk olar. Buna uyğun olaraq do, re, mi
               musiqi sәslәri birlәşmәsi yalnız müәyyәn zaman müd -
               dәtindәki konkret ardıcıllıq kimi izah oluna bilәr; lakin mәn
               onun ayrılmaz bir elementini götürsәm, ona in abstracto baxa
               bilәrәm.
                   Müxtәlif dillәrә aid kifayәt qәdәr nitq zәncirini tәhlil
               edәrәk onlarda istifadә olunan elementlәri aşkarlayıb
               qaydaya salmaq olar; bu halda mәlum olur ki, indifferent
               akustik çalarlara fikir vermәsәk, әldә edilmiş tiplәrin sayı
               sonsuz olmayacaqdır. Onların siyahısını, tәfsilatlı tәsvirini
               xüsusi әsәrlәrdә tapmaq mümkündür; biz isә göstәrmәyә
               çalışacağıq ki, bu cür tәsnifatlar hansı daimi vә olduqca sadә
               prinsiplәrә dayanır.
                   Lakin әvvәlcә artikulyator aparatı, nitq orqanlarının
               imkanları vә hәmin orqanların sәs törәdicilәri kimi rolu
               barәdә bir neçә kәlmә söylәyәk.








        60
   55   56   57   58   59   60   61   62   63   64   65