Page 55 - Ferdinand de Sössür_Layout 1
P. 55
Ümumi dilçilik kursu
samitlәri (p, t, k) isә “keçәl”, “lüt” (psїlaĺ, yәni mәcazi mәnada
“bol nәfәsdәn mәhrum ol muşlar”) adlandırmışlar ki, sonun-
cunu romalılar “nazik” (tenu s) kimi tәrcümә etmişlәr.
1. Birinci tipin mәlumatlarını daxili göstәrişlәrlә
birlәşdirdikdә daha etibarlı nәticәlәrә gәlmәk olar. İkinci tipi
biz iki rubrikaya bölürük:
a) Fonetik dәyişikliklәrin requlyarlığı faktından irәli
gәlәn göstәrişlәr.
Elә ki söhbәt hansısa bir hәrfin mәzmununun müәy -
yәnlәşdirilmәsindәn gedir, onda hәmin hәrfin tәsvir etdiyi
sәsin daha erkәn dövrlәrdә nәdәn ibarәt olduğunu göstәrmәk
olduqca vacibdir. Onun indiki mәzmunu tәkamül nәticәsin -
dә әmәlә gәlmişdir ki, bu da bәzi fәrziyyәlәri bәribaşdan
rәdd etmәyә imkan verir. Deyәk ki, biz ç vasitәsi ilә tran-
skripsiya olunan sanskrit işarәsinin mәzmununu dәqiqliyi ilә
bilmirik; lakin onun ifadә etdiyi sәsin hind-Avropa damaq
k-na gedib çıxdığını bildiyimizә görә, әsaslandırılmış
mülahizәlәrin sayı әhәmiyyәtli dәrәcәdә mәhdudlaşır. Əgәr
çıxış nöqtәsi ilә yanaşı, eyni dilin eyni zamandakı analoji
sәslәrinin paralel tәkamülü dә mәlumdursa, onda analogiya
ilә әqli nәticә çıxarmaq, müvafiq bölgülәr vermәk olar.
Deyәk ki, Avesta mәtnlәrindә hind-Avropa tr-na uyğun gәlәn
sәs birlәşmәsi söz әvvәlindә ƀr, söz ortasında dr ilә işarә
olunmuşdur; eyni zamanda hind-Avropa pr-ına uyğun gәlәn
sәs birlәşmәsi hәr yerdә eyni cür olaraq fr ilә tәsvir
olunmuşdur. Hәr iki tәkamül paralel olmalı idi: buradan o
nәticә çıxır ki, dr eynilә ƀr kimi tәlәffüz olunmalı idi, çünki
ƒ kar frikativdir, cingiltili partlayan deyil.
Çıxış vә son nöqtәlәri mәlum olan tәlәffuzün orta
dövrünü müәyyәn etmәk tәlәb edilirsә, problem, tәbii ki,
yüngüllәşir. Fransız au birlәşmәsi (mәsәlәn, sauter ‘hop -
panmaq’ sözündә), şübhәsiz, orta әsrlәrdә diftonq idi, belә
ki, o, daha ilkin al ilә müasir fransız o-su arasında ortaq
vәziyyәtdәdir; әgәr başqa yolla müәyyәn edilirsә ki hazırkı
55
zamanda hәlә au diftonqu mövcuddur, heç bir şübhә