Page 54 - Ferdinand de Sössür_Layout 1
P. 54
Ferdinand de Sössür
§3. Yazılı mәnbәlәrin
göstәricilәrinin tәnqidi
Belәliklә, yazının aldadıcı xarakterini etiraf etdikdәn
sonra guya ilk işin orfoqrafıyanı islah etmәkdәn ibarәt
olduğunu düşünmәk yanlışdır. Fonologiya vasitәsilә bizә
göstәrilәn әsl xidmәt ondan ibarәtdir ki, fonologiyanın
sayәsindә, dilә çıxış әldә etdiyimiz yazılı formalara mü -
nasibәtdә biz müәyyәn tәhlükәsizlik tәdbirlәri görmәyә
imkan qazanırıq. Yazı vasitәsilә alınan hәr cür mәlumat
yalnız onun düzgün izahı şәrti ilә qiymәtlidir. Hәr bir halda,
öyrәnilәn dilin fonoloji sistemini, yәni onun istifadә etdiyi
sәslәrin cәdvәlini qurmaq lazımdır. Əslindә, hәr bir dil aydın
şәkildә diferensiallaşmış fonemlәrin yalnız mәhdud
kәmiyyәtindәn istifadә edir. Hәmin sistem dilçini maraq lan -
dıran yeganә reallıqdır. Qrafik işarәlәr onun yalnız dәqiqliyi
aydınlaşdırılmalı olan inikasıdır. Bu cür aydınlaşdırılmanın
çәtinliyi dildәn vә vәziyyәtdәn asılı olaraq fәrqlidir.
Keçmişә aid olan dil barәdә söhbәt gedirsә, biz dolayı
mәlumatlarla kifayәtlәnmәyә mәcbur oluruq. Bu halda
fonoloji sistemin qurulması üçün hansı vasitәlәr istifadә
oluna bilәr? Hәr şeydәn әvvәl, xarici göstәrişlәr, birinci
növbәdә isә öz zәmanәsinin danışıq sәslәrini vә tәlәffüzünü
tәsvir edәn müasirlәrin şәhadәti. Deyәk ki, XVI vә XVII
әsrlәrin fransız qrammatistlәri, xüsusilә xaricilәri fransız
tәlәffüzü ilә tanış etmәk arzusunda olanlar bizim üçün çoxlu
sayda maraqlı qeydlәr qoymuşlar. Lakin bu mәlumat
mәnbәyi olduqca etibarsızdır, çünki hәmin müәlliflәr
fonoloji metodu qәtiyyәn bilmirdilәr. Onların verdiyi tәsvir
tәsadüfi terminlәrlә, hәr hansı elmi dәqiqlik aparılmadan
yerinә yetirilmişdir. Onların şәhadәti öz növbәsindә izahat
tәlәb edir. Sәslәrә verilәn adlar bir çox halda tamamilә
54 anlaşılmazlıq törәdir. Mәsәlәn, yunan qrammatiklәri part-
layan cingiltili samitlәri (b, d, g) “orta” (m sai), partlayan kar