Page 49 - Ferdinand de Sössür_Layout 1
P. 49
Ümumi dilçilik kursu
sözdә ʃ kimi tәlәffuz olunur, buna izah demәk olmaz.
Əslindә isә, mәsәlә yalnız bundan ibarәtdir ki, latınca Auscii
[o ʃ ] -a necә çevrilmişdir. Orfoqrafiyalıq burada heç nә yox-
dur.
Gageure‘qoyulma’nı necә tәlәffüz etmәliyik: ce ilә, ya y ilә?
Bәzilәri deyir ki, [g a Ʒ ce: r], çünki heure ‘saat’ [oe: r]
tәlәffüz olunmur. Başqaları etiraz edir: yox, [gaƷy : r], ona
görә ki, de [Ʒ]-ya bәrabәrdir; mәsәlәn, geỐlc ‘hәbsxana’da
olduğu kimi. Boş mübahisәdir! Mahiyyәtcә etimoloji
mәsәlәdir: tournure ‘dövrә’ tourner ‘dönәk’dәn әmәlә gәldiyi
kimi gageure dә gager ‘әsasını qoymaq’dan әmәlә gәlmişdir:
onların hәr ikisi eyni söz yaradıcılığı tipinә aiddir. Nәticә
etibarilә, yalnız [g a Ʒ y: r] doğrudur, [gaƷ ce: r] tәlәffüzü
isә yalnız yazının ikimәnalılığından irәli gәlmişdir.
Lakin hәrflәrin tiranlığı bir az da qabağa gedir: danı -
şanlar kütlәsini özünә tabe edәrәk dilә tәsir göstәrә, onu
dәyişә bilәr. Bu, yalnız yazılı mәtnlәrin әhәmiyyәtli rol
oynadığı yüksәk inkişaf etmiş, әdәbi baxımdan cilalanmış
dillәrdә baş verir. Hәmin halda görmә obrazı sәhv tәlәffüz
doğura bilәr. Sözün düzü, hәmin patoloji hadisәyә fransız
dilindә sıx-sıx tәsadüf olunur. Mәsәlәn, Lefevre (latınca faber
‘dәmirçi’dәndir) iki cür yazılır: xalq dilindә vә sadәcә Lefevre
kimi, elmi dildә vә etimoloji olaraq Lefebvre kimi. Köhnә
qrafıkada v vә u hәrflәrinin qarışdırılması nәticәsindә Lefeb-
vre hәmin sözdә heç zaman olmayan b hәrfı ilә Lefebure vә
anlaşılmazlıqdan törәmiş u hәrfi ilә oxunmuşdur. Yeri
gәlmişkәn, hazırda hәmin forma mәhz bu cür tәlәffüz olunur.
Görünür, hәmin deformasiyalar çox tez-tez baş verәcәk,
artıq hәrflәr çox tez-tez tәlәffüz olunmağa başlayacaqdır.
Parisdә artıq t hәrfini tәlәffüz etmәklә sept femmes deyirlәr.
Darmsteter elә bir günün gәlәcәyini әvvәlcәdәn görür ki,
vingt sözündә hәtta sonuncu iki hәrf dә tәlәffüz olunacaqdır.
Doğrudan da, orfoqrafik eybәcәrlikdir.
Bu sәs deformasiyaları, әlbәttә, dilә aiddir, lakin dilin
daşıdığı tәbii funksiyadan irәli gәlmir; onlar dildәnkәnar
49
amillәrin tәsirinin nәticәsidir. Dilçilik onları xüsusi şöbәdә
öyrәnmәlidir – bunlar teratoloji hadisәlәrdir.