Page 48 - Ferdinand de Sössür_Layout 1
P. 48
Ferdinand de Sössür
istisna olunması ilә әlaqәdardır. Lakin hәmin izahat da doğru
deyil: ona görә ki, hәmin halda da dilin yazıdan asılılığı
etiraf olunur. Güman etmәk olar ki, oi-nin wa kimi tәlәffuzü
zamanı, qrafik işarә norma olmuşsa, yazının qanunu pozulur.
Hәmin funksiyalara hәtta qrammatik qaydalarda da rast
gәlinir. Mәsәlәn, fransız dilindәki h barәsindә olan qayda -
dakı kimi. Fransızca elә sözlәr vardır ki, әvvәlindә h samiti
yoxdur, lakin onun latın formasını xatırlayaraq h ilә yazırlar.
Deyәk ki, latınca homo ‘insan’ sözünә görә homme (әvvәl
ome) yazırlar. Lakin h-nın doğrudan da tәlәffuz olunduğu
german mәnşәli başqa sözlәr dә mövcuddur: hache ‘balta’,
hareng ‘siyәnәk (balıq)’, honte ‘abır’ vә s. sözün әvvәlindә
gәlәn hәmin h tәlәffüzdә saxlanana qәdәr, bu cür sözlәr
başlanğıc samitlәr әsasında birlәşmә qanununa tabe olmuş -
dur: deux haches birlәşmәsindә deux [dØ], le hareng bir -
lәşmәsindә le [lә] kimi tәlәffuz olunduğu halda, de ux
hommes birlәşmәsindә deux [dØz], l’ homme birlәşmәsindә le
[ l ] kimi tәlәffüz olunmuşdur. Vә belәliklә, ikinci sözdә
başlanğıc samitinin işlәnmәsi qovuşma (liaison) qaydasına
görә baş vermiş, eliziya hadisәsi yaranmışdır. Bu halda “β
nәfәsli h-dan әvvәl qovuşma vә eliziya baş vermir” qaydası
özünü doğrultmuşdur. İndi isә hәmin formul öz әvvәlki
әhәmiyyәtini itirmişdir; әgәr nәfәsalmanı sәs hesab etmәsәk,
sәs deyil; söz әvvәlindә nәfәsli h mövcud deyil. Çünki bu-
rada artıq nә qovuşma, nә dә eliziya baş vermir. Belәliklә,
burada içindәn çıxılması mümkün olmayan bir dairәyә
düşürük: h yazının törәtdiyi fiksiyadan başqa bir şey deyildir.
Sözün tәlәffüzü orfoqrafiya ilә deyil, onun tarixi ilә
müәyyәn edilir. Zamanın hәr bir mәqamında onun forması
izlәmәyә mәcbur olduğu, dәqiq qanunlarla nizamlanan
tәkamülün müәyyәn mәrhәlәlәrini verir. Hәr bir mәrhәlә
әvvәlki ilә müәyyәn oluna bilәr: nәzәrdәn keçirilmәli olan
yeganә şey – әslindә, әn çox da o unudulur – sözün mәnşәyi,
onun etimologiyasıdır.
Auch şәhәrinin adı fonetik transkripsiyada “o ʃ” olacaqdır.
48
Bu fransız orfoqrafıyasında yeganә haldır ki, son ch -[ ʃ ]
sәsıni ifadә edir. Əgәr desәk ki sonda gәlәn ch yalnız hәmin