Page 47 - Ferdinand de Sössür_Layout 1
P. 47
Ümumi dilçilik kursu
şübhәsiz, eyni sәs elementlәrini tәsvir edir. Lakin mәhz
hansını? Yazı әsasında bunu aydınlaşdırmaq mümkün deyil.
Buradan da belә bir çәtinlik meydana çıxır: eyni forma üçün
iki cür yazılışda “doğrudanmı biz iki müxtәlif tәlәffüzlә
qarşılaşırıq” mәsәlәsini hәll etmәk heç dә hәmişә mümkün
olmur. İki qonşu dialektin yazılı abidәlәri eyni bir sözü
müxtәlif cür: bir dialekt asca, digәri – ascha kimi tәcәssüm
etdirir. Əgәr bu eyni sәslәrdirsә, demәk bizim qarşımızda
tәrәddüd edәn orfoqrafıyadır, әks halda fәrqlәr paİzö, paİzdö,
paİddö yunan formaları kimi fonoloji vә dialekt xarakteri
daşıyardı. İki ardıcıl dövrdә dә belәdir: ingilis abidәlәrindә
әvvәl hwat, hweel vә s., sonra isә what, wheel vә s. ilә
qarşılaşırıq. Bu nәdir: orfoqrafiyanın yenilәşmәsi, yoxsa
fonetik dәyişmә?
Bütün bu deyilәnlәrdәn belә bir qәnaәt hasil olur ki, yazı
dili nәzәrdәn qoruyur: yazı onu geyindirmir, onun üst-başını
qaydaya salır. Bunu oislan ‘quş’ fransız sözünün orfoq ra -
fiyası yaxşı nümayiş etdirir: hәmin sözün heç bir sәsi (wazo)
ona müvafiq olan işarә ilә әks olunmur, bu cür yazılışda real
dil obrazından әsәr-әlamәt yoxdur.
Başqa bir nәticә ondan ibarәtdir ki, yazı canlı nitqi
göstәrmәk funksiyasını nә qәdәr aşağı sәviyyәdә yerinә yeti -
rirsә, mәhz ona әsaslanmaq tendensiyası daha da güclәnir,
qrammatika tәrtib edәnlәr dәridәn-qabıqdan çıxırlar ki, yazılı
nitqә diqqәti cәlb etsinlәr. Psixoloji baxımdan bütün bunlar
asan izah edilir, lakin bununla belә, öz nәticәlәrinә görә
olduqca tәәssüflәndiricidir. “Tәlәffüz etmәk”, “tәlәffüz” söz -
lәrinin sıx-sıx işlәdilmәsi hәmin yanılmanı tәsdiq edir vә
yazı ilә dil arasındakı qanunauyğun vә hәqiqi münasibәtlәri
alt-üst edir. “Verilmiş hәrfi bu vә ya başqa cür tәlәffuz etmәk
lazımdır” deyәndә, onda görmә obrazını orijinal kimi qәbul
etmiş olurlar. Oi-nin wa kimi tәlәffüz edilmәsi üçün oi-nin
öz-özlüyündә mövcud olması lazım gәlir; әslindә isә, öz-
özlüyündә mövcud olan wa-dır ki, yazıda oi kimi işarәlәnir.
Hәmin qeyri-adi hadisәni izah etmәk mәqsәdilә әlavә edirlәr 47
ki, bu halda mәsәlә o vә i hәrflәrinin ayrılıqda tәlәffüzünün