Page 46 - Ferdinand de Sössür_Layout 1
P. 46
Ferdinand de Sössür
§5. Yazılış ilә tәlәffüz arasındakı
ziddiyyәtlәrin nәticәlәri
Orfoqrafiyanın mәntiqsizliklәrinin tәsnifi ilә mәşğul
olmaq tamamilә darıxdırıcı bir iş olardı. Ən çox tәәssüf
edilәcәk mәntiqsizliklәrdәn biri – bir sәs üçün işarәlәrin
çoxluğudur. Deyәk ki, fransız dilindә Ʒ sәsi j, g, ge (joli, ge -
ler, geai), z sәsi-z vә s, s sәsi - s, c, ç, t (nation), ss (chasser),
sc (acquiescer), sç (acquiesçant), x (dix), k sәsi - c, qu, k, ch,
cc, cqu (acqu rir) kimi yazılır.Vә әksinә, bir neçә sәs
mәnaları bir işarә ilә tәsvir olunur: deyәk ki, t hәm t, hәm dә
s kimi tәqdim olunur; g hәm g, hәm dә Ʒ kimi tәcәssüm edilir
vә s.
Hәmçinin, necә deyәrlәr, “vasitәli yazılış”ı misal
göstәrәk. Hәrçәnd Zettel ‘vәrәq’, Teller ‘boşqab’ vә s. alman
sözlәrindә ikiqat samitlәr yoxdur, lakin tt, ll yazılır. Vә yalnız
bir mәqsәdlә yazılır ki, әvvәl gәlәn saitin qısa vә açıq olduğu
göstәrilsin. Bu tipli yanılmanın nәticәsi olaraq ingilislәr söz
sonuna oxunmayan e әlavә edirlәr ki, әvvәlki saitin
uzadıldığını qeyd etsinlәr; müqayisә et: made (meid tәlәffiiz
olunur) ‘hazırlanmışdır’ vә mad (mәed tәlәffüz olunur) ‘dәli’.
Bu e gözlәrimiz önündә ikinci hecanın görüntüsünü yaradır.
Göstәrilәn qeyri-rasional yazılış yenә dildә nәyәsә uyğun
gәlir, ancaq elәlәri dә var ki, özünü heç nә ilә doğrultmur.
Müasir fransız dilindә, gәlәcәk zamanın mourrai ‘ölәcәyәm’,
courrai ‘qaçacağam’ kimi köhnә formalarını çıxmaq şәrtilә,
ikiqat samitlәr yoxdur, lakin fransız orfoqrafiyası hourru
‘yalançı’, sottise ‘axmaqlıq’, souffrir ‘әzab çәkmәk’ tipli
özünü doğrultmayan ikilәşmәlәrlә doludur.
Belә dә olur ki, orfoqrafiya hәlә oturuşmamışdır,
axtarışlar getdiyinә görә qaydalarda tәrәddüdlәr var: müxtәlif
dövrlәrdә müvafıq sәslәri müxtәlif cür göstәrmәk cәhdlәrinin
meydana çıxdığına şәhadәt verәn tәrәddüdlü yazılışlar
46 mövcuddur. Deyәk ki, qәdim yuxarı alman sözlәri ertha,
erdha, erda vә ya thṅ, dhṅ, dṅ- dә th, dh, d qrafik işarәlәri,