Page 41 - Ferdinand de Sössür_Layout 1
P. 41
Ümumi dilçilik kursu
gördüyümüz kimi, “umlaut” şәklindә qәribә surәtdә tәzahür
etmişdir. Belәliklә, yazıda heç bir әksolunmanın kömәyi
olmadan hәmin çalar tәlәffüzdә dәqiqliyi ilә qorunmuşdur.
Demәli, dilin yazıdan asılı olmayan vә dayanıqlığına
görә dә ondan geri qalmayan şifahi әnәnәsi vardır; bunu nә -
zә rә almamaq yazılı formanın nüfuzuna xәlәl gәtirir. İlk dil -
çi lәr, onlara qәdәrki İntibah dövrü humanistlәri kimi, bu
mә sә lәdә çaşıb qalmışdılar. Boppun özü hәrflә sәs arasında
ay dın fәrq qoymur; Boppun әsәrlәrini oxuyarkәn düşünmәk
olar ki, dil öz әlifbasından ayrılmazdır. Onun varislәri dә bu
mә sәlәdә onun özü qәdәr sәhvә yol vermişdir. ƀ frikativinin
th ilә işarә olunması Qrimmin onu yalnız iki sәsdәn ibarәt
hesab etmәsinә deyil, hәmçinin nәfәsli partlayan sәs sayma -
sına sәbәb olmuşdu. Qrimmin samitlәrin yerdәyişmәsi (necә
deyәrlәr, Lautverschiebunq) qanununda ƀ= (th) sәsinә ayrılan
möv qe bununla izah edilir. Tәhsil görmüş xeyli adam bu gü -
nә qәdәr dili onun orfoqrafıyası ilә qarışdırırlar; Qaston De -
şan Bertola haqqında demişdir ki, o, orfoqrafikanın re for ması
әleyhinә çıxmaqla “fransız dilini mәhv olmaqdan xilas etdi”.
Yazının belә etibarlı olması nә ilә izah olunur?
1. Hәr şeydәn әvvәl, sözün qrafik obrazı dilin vәhdәtini
әsrlәr boyu tәmin etmәk üçün sәsdәn haradasa daha sabit vә
dәyişmәz, daha çox yararlıdır. Qoy bu rabitә, sәthi dә olsa,
hәqiqәtdә әsaslı vәhdәt barәdә tәsәvvür yaratsın, hәr halda
onu dәrk etmәk tәbii rabitәni, yeganә hәqiqi rabitәni –
sәslәrin rabitәsini dәrk etmәkdәn çox asandır.
2. İnsanların çoxunda görmә tәәssüratı eşitmәdәn daha
aydın, daha davamlıdır ki, birinciyә üstünlük verilmәsi dә
bununla izah edilә bilәr. Qrafik obraz nәticә etibarilә sәsi
özünә tabe edir.
3. Ədәbi dil yazının layiq olmadığı әhәmiyyәti daha da
artırır. Onun lüğәtlәri vә qrammatikaları var; mәktәblәrdә
kitablardan, yaxud kitablar vasitәsilә öyrәnirlәr, әdәbi dil
burada kodlaşdırılmış sistem kimi çıxış edir ki, ciddi uzusa
tabe olan yazı qaydaları mәsәlәsi – orfoqrafiya müvafiq 41
kodeksi tәqdim edir. Bütün bunlar isә yazıya birincidәrәcәli