Page 44 - Ferdinand de Sössür_Layout 1
P. 44
Ferdinand de Sössür
§4.Yazılış ilә tәlәffüz arasındakı
ziddiyyәtlәrin sәbәblәri
Bunların sәbәblәri çoxdur, biz yalnız әsasları üzәrindә
dayanacağıq.
Hәr şeydәn әvvәl, dil dayanmadan inkişaf edir, yazı isә
dәyişmәzliyә meyillidir. Buradan da belә çıxır ki, yazılış
nәticә etibarilә tәsvir etmәli olduğuna uyğun gәlmәmәyә
başlayır. Müәyyәn tarixi dövrdә ardıcıl olan yazılış yüz il
keçәndәn sonra cәfәng şeyә çevrilir. Əvvәl-әvvәl qrafik
işarәni elә dәyişirlәr ki, onu tәlәffüz dәyişmәlәri ilә uyğun -
laşdırsınlar; lakin sonra yazını tәlәffüzә bu cür uyğunlaş -
dırmadan imtina edirlәr. Mәsәlәn, fransızca oi bu vәziyyәtdә
olmuşdur:
Tәlәffüz edilib Yazılıb
XI әsrdә rei, lei rei, lei
XIII әsrdә roi, loi roi, loi
XIV әsrdә roè, loè roi, loi
XIX әsrdә rwa, lwa roi, loi
Göründüyü kimi, XI vә XIII әsrlәrdә tәlәffüzdә baş verәn
dәyişikliklәrlә uyğunlaşmalar әmәlә gәlir: dilin tarixindәki
hәr bir dövrә orfoqrafiya tarixinin müәyyәn dövrü uyğun
gәlir. Lakin XIV әsrdә yazı ölü nöqtәdә dayanmış, dil isә
inkişafinı davam etdirmişdir. Vә bu zamandan etibarәn
tәlәffüz ilә orfoqrafiya arasında getdikcә artan ziddiyyәt
әmәlә gәlmişdir. Nәhayәt, dәrinlәşmiş hәmin ziddiyyәt
nәticәdә yazı sisteminin özünә dә tәsir etmişdir: oi qrafik
kompleksi onun tәrkibinә daxil olan elementlәrә uyğun
gәlmәyәn bir mәna әldә etmişdir.
Nümunәlәri sonsuza qәdәr artırmaq olar. Mәsәlәn, nә
üçün mais vә fait yazıb, mƐ vә fƐ tәlәffuz edirlәr? Nә üçün c
44
fransızca tez-tez s mәnası verir? Çünki biz özünü doğrult -
mayan yazı formalarını saxlayırıq.