Page 40 - Ferdinand de Sössür_Layout 1
P. 40
Ferdinand de Sössür
§2. Yazının nüfuzu. Nitqin şifahi forması
üzәrindә onun üstünlüklәrinin sәbәblәri
Dil vә yazı iki müxtәlif işarәlәr sistemidir ki, onlardan
ikincisinin yeganә vәzifәsi birincinin tәsvirinә xidmәt et -
mәkdir; dilçiliyin predmeti sәsli sözlә qrafık sözün vәhdәti
deyil, istisnasız olaraq sәslәnәn sözdür. Lakin qrafik söz
tәsvir etdiyi sәslәnәn sözlә o dәrәcәdә qovuşur ki, nәticәdә
әsas rolu mәnimsәmiş olur. Nәticә etibarilә, sәslәnәn işa rә -
nin tәsvirinә hәmin işarәnin ya özü qәdәr, ya da ondan da
çox әhәmiyyәt verilir. Bu ona oxşayır ki, sәnә desinlәr bir
in sanla tanış olmaq üçün onun fotoqrafiyasını görmәk üzünü
görmәkdәn daha yaxşıdır.
Hәmin yanlışlıq çoxdan var vә dil barәsindә dolaşan
ftkirlәrdә mәhz bununla sәhvә yol verirlәr. Mәsәlәn, adәtәn
güman edirlәr ki, yazı olmadıqda dil sürәtlә dәyişir. Bundan
da sәhv fikir yoxdur! Doğrudur, yazı bәzi hallarda dildәki
dәyişikliklәri yubada bilәr, lakin başqa tәrәfdәn, dilin
mühafızәkarlığına yazının olmamasından cüzi dә olsa, xәlәl
gәlmir. Litva dili yazılı sәnәdlәrә görә 1540-cı ildәn mә -
lumdur, lakin o, sonrakı dövrdә belә, ümumiyyәtlә, hind-
Avropa uludilinin vәziyyәtini daha düzgün tәqdim edir,
nәinki eramızdan әvvәl III әsrin latın dili. Dilin yazıdan nә
qәdәr asılı olmadığını göstәrmәk üçün yalnız bu kifayәtdir.
Bir sıra çox incә dil faktları hәr hansı yazılı bağlılığın
kömәyi olmadan mühafizә edilmişdir. Qәdim yuxarı alman
dilinin bütün tarixi әrzindә töten, tüolen, stözen şәklindә
yazmışlar, XII әsrin sonlarından etibarәn hәmin sözlәrdәn
әvvәlki ikisi töten, fiielen formasında tәzahür etmiş, stözen
isә ilkin formasını saxlamışdır. Bu fәrqlәr haradan әmәlә
gәlmişdir? o→ö, u→ü dәyişmәsi baş vermişdir, ondan
sonrakı hecada j olmuşdur; ulugerman dilindә *dauƀjan,
följan, lakin *stautan. Tәxminәn 800-cü ildә, yazılı dövrün
astanasında j o qәdәr zәiflәmişdir ki, üç әsr müddәtindә
40
yazıda әks olunmamışdır; bununla yanaşı, tәlәffuzdә bәzi
relikatlarını saxlamışdır vә tәxminәn 1180-ci ildә, yuxarıda