Page 35 - Ferdinand de Sössür_Layout 1
P. 35
Ümumi dilçilik kursu
V fәsil
DİLİN DAXİLİ VƏ XARİCİ
ELEMENTLƏRİ
Bizim dilә verdiyimiz tәrif “dil” anlayışından onun orqa -
nizminә, onun sisteminә yad olan hәr şeyin, bir sözlә, “xarici
dilçilik” adı altında mәlum olan hәr şeyin kәnarlaşdırılmasını
nәzәrdә tutur – lakin bu dilçilik dә olduqca vacib predm et -
lәrlә mәşğul olur; nitq fәaliyyәtini öyrәnmәyә başlayanda
diqqәt, әsasәn, xarici dilçiliyin üzәrindә cәmlәşir.
Buraya, hәr şeydәn әvvәl, dilçiliklә etnologiyanın tәma -
sından irәli gәlәn bütün mәsәlәlәr, dil tarixi ilә irqlәrin,
yaxud sivilizasiyaların tarixi arasında mövcud ola bilәcәk
bütün әlaqәlәr daxildir. Hәr iki tarix mürәkkәb bir şәkildә
bir-birinә qarışmış vә qarşılıqlı şәkildә әlaqәlәnmişdir; bu,
müәyyәn qәdәr dilin öz daxilindә bizim müәyyәnlәş -
dirdiyimiz uyğunluqları xatırladır. Millәtin adәtlәri onun
dilindә әks olunur, digәr tәrәfdәn, millәti müәyyәn dәrәcәdә
mәhz dil formalaşdırır.
Bunun ardınca dillә siyasi tarix arasında mövcud olan
münasibәtlәri yada salmaq lazımdır. Roma istilaları kimi
böyük tarixi hadisәlәr dildә müxtәlif yöndәn saysız izlәr
qoyur. İstilanın formalarından biri kimi meydana çıxan
müstәmlәkәçilik dili adәt etmәdiyi mühitә saldıqdan sonra
onda dәyişikliklәr aparır. Hәmin mülahizәni tәsdiq etmәk
üçün çoxlu faktlar gәtirmәk olar: mәsәlәn, Norveç siyasi
baxımdan Danimarka ilә birlәşәrkәn (1380–1814-cü illәr)
Danimarka dilini qәbul etmişdi, hazırda isә, doğrudur,
norveçlilәr çalışırlar ki, hәmin dilin tәsirindәn azad olsunlar.
Dövlәtlәrin daxili siyasәti dillәrin hәyatında olduqca mühüm
rol oynayır: mәsәlәn, İsveçrә bir neçә dilin birgә işlәnmәsinә
imkan verir; başqaları, mәsәlәn, Fransa isә vahid dilә can
atır. Yüksәk mәdәniyyәt sәviyyәsi bәzi xüsusi dillәrin (hü - 35
quq dilinin, elmi terminologiyanın vә s.) inkişafına şәrait
yaradır.