Page 32 - Ferdinand de Sössür_Layout 1
P. 32
Ferdinand de Sössür
IV fәsil
DİL VƏ NİTQ
Dil haqqındakı elmә nitq fәaliyyәtinin öyrәnilmәsi ilә
mәşğul olan biliklәr sahәsindәki mәxsusi yerini göstәrmәklә,
biz eyni zamanda dilçiliyin bütövlükdә yerini müәyyәn lәş -
dirdik. Nitq fәaliyyәtinin nitqi әmәlә gәtirәn digәr ele -
mentlәri, tәbii olaraq, bu elmә tabedir. Vә mәhz bu tabeçiliyә
görә dilçiliyin bütün hissәlәri öz yerini tutur.
Nümunә üçün nitqә vacib olan sәslәrin yaranmasına
baxaq. Morze әlifbasının simvollarını ötürmәyә xidmәt edәn
elektrik aparatlarının hәmin әlifbaya münasibәti nә qәdәr
yaddırsa, bütün nitq orqanlarının dilә münasibәti dә o qәdәr
yaddır. Fonasiya, yәni akustik obrazların reallaşması heç cür
onların sisteminә toxunmur. Bu baxımdan dili reallığı ifa
üsulundan asılı olmayan simfoniya ilә müqayisә etmәk olar:
onu ifa edәn musiqiçilәrin edә bilәcәyi sәhvlәr hәmin reallığa
heç cür xәlәl gәtirmir.
Fonasiya ilә dili bu cür ayırmağa etiraz edәrәk fonetik
transformasiyaları, yәni nitqdә baş verәn vә dilin özünün
taleyinә dәrindәn tәsir göstәrәn sәs dәyişmәlәrini nümunә
gәtirә bilәrlәr. Əslindә, biz tәsdiq etmәkdә haqlıyıqmı ki, dil
hәmin hadisәlәrdәn asılı olmayaraq mövcuddur? Bәli,
haqlıyıq... Çünki hәmin hadisәlәr sözlәrin yalnız maddi
substansiyasına aiddir. Onlar hәtta dilә işarәlәr sistemi kimi
müdaxilә edirsә, bunu vasitә ilә, nәticәdә işarәlәrin inter -
pretasiyasının dәyişmәsi ilә edir ki, hәmin hadisәdә fonetik
heç nә yoxdur. Bu dәyişmәlәrin sәbәblәrinin axtarışı da
sәslәrin öyrәnilmәsinә kömәk etdiyinә görә maraqlı ola bilәr,
lakin mәsәlәnin mahiyyәti bunda deyil: dil haqqındakı elm
üçün sәs dәyişmәlәrinin qeydә alınması vә onların nәti -
cәlәrinin aydınlaşdırılması tamamilә kifayәt edir.
32 Bizim fonasiyaya dair dediklәrimiz nitqin bütün başqa
elementlәrinә dә aiddir. Danışanın fәaliyyәtini dilçiliyin