Page 29 - Ferdinand de Sössür_Layout 1
P. 29

Ümumi dilçilik kursu



            §3. Dilin insan hәyatı hadisәlәri sırasında
                          yeri. Semiologiya


             2-ci paraqrafda dilә verdiyimiz xarakteristika daha çox
          vacib olan bir müddәanın irәli sürülmәsinә gәtirib çıxarır.
          Belәliklә, nitq fәaliyyәti hadisәlәri mәcmusunda ayrılan dil,
          bütövlükdә hәmin fәaliyyәtdәn fәrqli olaraq, insan hәyatı
          tәzahürlәri arasında xüsusi yer tutur.
             Bizim indicә gördüyümüz kimi, dil ictimai tәsisat ol-
          maqla digәr ictimai, siyasi, hüquqi vә s. tәsisatlardan çox
          hallarda fәrqlәnir. Onun özünәmәxsus tәbiәtini dәrk etmәk
          üçün bir sıra yeni faktları tәdqiqata cәlb etmәk lazım gәlir.
             Dil, anlayışları ifadә edәn işarәlәr sistemidir, hәmçinin
          onu yazı ilә, lal-karlar üçün әlifba, simvolik ayinlәr, әdәb-
          әrkan formaları, hәrbi siqnallar vә s. ilә müqayisә etmәk
          olar. Lakin dil bu sistemlәrin hamısından daha vacibdir.
             Nәticә etibarilә, cәmiyyәt hәyatı çәrçivәsindә işarәlәrin
          hәyatını öyrәnәn bir elm tәsәvvür etmәk olar; hәmin elm
          sosial psixologiyanın, bunun ardınca isә ümumi psixolo -
          giya nın tәrkib hissәsi olardı; biz onu semiologiya adla -
                                                         1
          ndırardıq. Bu elm işarәlәrin nә olduğunu, hansı qanunlarla
          idarә edildiyini bizim üçün aydınlaşdırmalıdır. Hәlә ki belә
          bir elm mövcud deyil, onun necә olacağını demәk olmaz;
          lakin hәmin elmin mövcud olmaq hüququ var, onun yeri
          isә әvvәlcәdәn müәyyәn edilmişdir. Dilçilik bu ümumi
          elmin yalnız bir hissәsidir: semiologiyanın aşkar etdiyi qa-
          nunlar dilçilik tәrәfindәn dә qәbul edilәcәkdir. Vә belә lik lә,
          bunlardan sonuncusu insan hәyatı hadisәlәri mәc     musunda
          tamamilә müәyyәn bir sahәyә aid edilmiş ola  caq dır.
             Semiologiyanın yerini dәqiq müәyyәnlәşdirmәk psi -
          xoloqun vәzifәsidir; 2  dilçinin vәzifәsi isә semioloji
          hadisәlәr mәcmusunda dili xüsusi sistem kimi ayırmaqdan
          ibarәtdir. Bu mәsәlәyә biz irәlidә baxacağıq, hәlәlik bir
          şeyi yadda saxlayaq: әgәr biz elmlәr arasında dilçiliyә yer
                                                                      29

          1  Semiologiya – sӗmeїon ‘işarә’ (yunanca)
   24   25   26   27   28   29   30   31   32   33   34