Page 27 - Ferdinand de Sössür_Layout 1
P. 27
Ümumi dilçilik kursu
mәsәlәn, eşitmә obrazının anlayışla assosiasiya yaratdığı
yerdә lokallaşdırmaq olar. Dil nitq fәaliyyәtinin fәrdә müna -
sibәtdә kәnardakı sosial aspektidir ki, hәmin fәrd öz-
özlüyündә onu nә yarada, nә dә dәyişә bilәr. Dil yalnız
kol lektiv üzvlәri arasındakı özünәmәxsus razılaşma hesabına
mövcuddur. Bununla belә, onun daşıdığı funksiyanı bilmәk
üçün fәrd öyrәnmәlidir: körpә onu yalnız yavaş-yavaş
mәnimsәyir. Dil o dәrәcәdә nәsә tamamilә xüsusi bir hadi -
sәdir ki, danışıq qabiliyyәtini itirmiş insan dilini mühafizә
edir, belә ki, o eşitdiyi dil işarәlәrini anlayır.
2. Dil, nitqdәn fәrqli olaraq, müstәqil araşdırılması müm -
kün olan predmet tәşkil edir. Biz ölu dillәrdә danışmırıq,
lakin onların mexanizminә әla bәlәd ola bilәrik. Nitq
fәaliyyәtinin başqa elementlәrinә gәldikdә isә, dil haq -
qındakı elm tamamilә onlarsız da keçinә bilәr; әslinә qalsa,
hәmin elm yalnız o şәraitdә mövcuddur ki, haqqında söhbәt
gedәn başqa elementlәr onun obyektinә qarışdırılmasın.
3. Eyni zamanda nitq fәaliyyәti bütövlükdә xaraktercә
müxtәlifcinslidirsә, bizim müәyyәn etdiyimiz kimi, dil, öz
tәbiәti etibarilә, yekcinsdir; işarәlәr sistemidir, burada
yeganә әhәmiyyәtli olan mәna ilә akustik obrazın birlәş -
mәsidir ki, işarәnin hәr iki komponenti bәrabәr dәrәcәdә
psixidir.
Dil tәbiәti etibarilә heç dә nitqdәn az konkret deyil, bu
da onun tәdqiqi üçün geniş imkan yaradır. Hәrçәnd dil
işarәlәri öz mahiyyәtinә görә psixidir, lakin bununla belә,
onlar mücәrrәd deyil: kollektiv razılaşma ilә möhkәm -
lәnәrәk yekunda dili tәşkil edәn assosiasiyalar beyindә
lokallaşan reallığın mәğzini tәşkil edir. Hәtta dil işarәlәri,
necә deyәrlәr, hissolunandır: yazıda onlar şәrti yazı işarәlәri
ilә göstәrilә bilәr, halbuki nitq aktının bütün tәfәrrüatı ilә
fotoşәklini çәkmәk mümkün deyil. Ən qısa sözün tәlәffuzü
belә, olduqca çoxlu әzәlә hәrәkәtlәri ilә müşayiәt olunur ki,
onları dәrk vә tәsvir etmәk fövqәladә dәrәcәdә çәtindir.
Dildә isә, әksinә, akustik obrazdan başqa heç nә mövcud 27
deyil, onu da müәyyәn görmә obrazı vasitәsi ilә әks