Page 23 - Ferdinand de Sössür_Layout 1
P. 23
Ümumi dilçilik kursu
§2. Dilin nitq fәaliyyәtindә yeri
Nitq fәaliyyәti hadisәlәrinin yığımında dilә uyğun gәlәn
sahәni tapmaq üçün nitq fәaliyyәtinin fәrdi aktını nәzәrdәn
keçirmәk lazımdır. Belә akt әn azı iki şәxsin olmasını tәlәb
edir: bu, minimum ünsiyyәt situasiyasının bütövlüyü üçün
vacibdir. Belәliklә, bir-biri ilә danışan iki şәxs: A vә B.
Nitq ünsiyyәti aktının çıxış nöqtәsi danışanlardan birinin,
deyәk ki, A-nın beynindә yerlәşir, burada bizim “anlayışlar”
adlandırdığımız şüur hadisәlәri hәmin anlayışların ifadәsinә
xidmәt edәn dil işarәlәrinin, yaxud akustik obrazların
tәsәvvürlәri ilә bağlanır (assosiasiya). Deyәk ki, müvafıq
anlayış beyindә uyğun akustik obrazı çağırır, bu hadisә
tamamilә psixoloji (ruhi) xarakterlidir, bunun ardınca
fızioloji proses başlayır: beyin nitq orqanlarına obraza uyğun
impuls verir, bundan sonra sәs dalğaları A-nın ağzından B-
nin qulağına yayılır, artıq bu xalis fiziki prosesdir. Sonra
ünsiyyәt prosesi B-dә davam edir, lakin tәrsinә: qulaqdan
beyinә – akustik obrazın fizioloji ötürülmәsi; beyindә bu
obrazın müvafiq anlayışlarla psixoloji assosiasiyası. Öz
növbәsindә, B danışınca, hәmin yeni nitq aktı da tamamilә
eyni yolu qәt edәcәk: nitq B-nin beynindәn A-nın beyninә
23
hәmin fazalardan keçib gedәcәkdir. Bütün bunları aşağıdakı
şәkildә göstәrmәk olar: