Page 18 - Ferdinand de Sössür_Layout 1
P. 18
Ferdinand de Sössür
III f ә s i l
DİLÇİLİYİN OBYEKTİ
§ 1. Dilin tәrifi
Dilçiliyin bütöv vә konkret obyekti nәdәn ibarәtdir? Bu,
olduqca çәtin sualdır. Niyәsini irәlidә görәcәyik. Burada
hәmin çәtinliklәri göstәrmәklә kifayәtlәnәk.
Başqa elmlәr әvvәlcәdәn müәyyәn edilmiş obyektә
әsaslanır ki, onu müxtәlif görmә bucaqlarından müşahidә
etmәk olar; dilçilikdә belә şey yoxdur. Kimsә fransızca nu
‘soyundurulmuş’ sözünü tәsәvvür edir... Sәthi müşahidә
aparana elә gәlәcәk ki, bu, konkret dilçilik obyektidir. Lakin
daha әsaslı baxış hәmin nu sözünә necә yanaşıldığından asılı
olaraq, tamamilә fәrqli üç vә ya dörd şey göstәrәcәkdir:
yalnız sәslәnmә, müәyyәn mәfhumun ifadәsi, latın dilindәki
nüdum ‘çılpaq’ sözünün qarşılığı vә s. Dilçilikdә obyekt heç
dә baxışı, nәzәr nöqtәsini müәyyәn etmir, әksinә, burada,
demәk olar ki, baxış, nәzәr nöqtәsi obyektin özünü yaradır;
eyni zamanda, heç nә ilә sübut etmәk olmaz ki, verilmiş
fakta mövcud baxış üsullarının hansı o birilәri ilә müqa -
yisәdә ilkindir, yaxud daha mükәmmәldir.
Bundan başqa, nitq fәaliyyәtinin bu vә ya digәr hadi sә -
sinә baxmaq üçün hansı üsulu qәbul etsәk, bütün hallarda o,
iki tәrәfi ilә tәzahür edәcәkdir; hәmin tәrәflәr bir-birinә әsas -
lanacaq, biri digәrinә münasibәtdә әhәmiyyәtlilik qaza na -
caq dır.
Bir neçә nümunә gәtirәk:
1. Artikulyasiya olunan hecalar – eşitmә yolu ilә qәbul
olunan akustik hadisәdir; lakin nitq orqanları olmasaydı,
sәslәrin özü dә mövcud olmazdı: belәliklә, n sәsi bu iki
tәrәfin – akustik vә artikulyasion tәrәflәrin korrelyasiyası,
18 qarşılıqlı әlaqәsi nәticәsindә mövcuddur. Nәticә etibarilә, dili
sәslәnmәdәn tәcrid etmәk, sәslәnmәni nitq orqanlarının