Page 13 - Ferdinand de Sössür_Layout 1
P. 13
Ümumi dilçilik kursu
әsasları” (1858–1862, sağlığında çıxmış 5-ci nәşri -1879-cu
il) әsәri ilә mәşhur olan görkәmli filoloq Kursius müqayisәli
qrammatika ilә klassik filologiyanı ilk barışdıranlardan
olmuşdur. İş burasındadır ki, klassik filoloqlar gәnc elmin
(müqayisәli qrammatikanın) uğurlarını inamsız bir şәkildә
izlәyirdilәr. Vә bu inamsızlıq tәdricәn qarşılıqlı olurdu.
Nәhayәt, Şleyxer ayrı-ayrılıqda aparılmış bütün müqayisәli
araşdırmaların nәticәlәrini bir yerә yığmağa cәhd etmiş ilk
dilçi oldu. Onun “Hind-german dillәrinin müqayisәli qram -
matikasına dair compendium”u (1861) Bopp tәrәfindәn әsası
qoyulmuş elmin özünәmәxsus şәkildә sistemlәşdiril mәsindәn
ibarәtdir. Uzun illәr boyu elm adamlarına böyük xidmәt
göstәrmiş hәmin kitab hind-avropaşünaslığın ilk inkişaf
dövründә müqayisәli dilçilik mәktәbini başqa әsәrlәrdәn daha
yaxşı sәciyyәlәndirir.
Bununla belә, inkaredilmәz xidmәti xam sahәni müәy -
yәn lәşdirmәk olmuş bu mәktәbә, hәr halda, hәqiqi elmi dilçi-
lik yaratmaq qismәt olmadı. O öyrәndıyi predmetin tәbiәtini
müәyyәnlәşdirmәyә dә cәhd göstәrmәdi. Lakin bu cür ilkin
araşdırmalar aparılmadan heç bir elm öz metodunu hazır -
lamaq gücündә deyil.
Müqayisәli qrammatikanın әsas sәhvi (bütün sonrakı
sәhvlәr bundan irәli gәlirdi) onda idi ki, tәdqiqatlarını yalnız
hind-Avropa dillәri ilә mәhdudlaşdırırdı. Hәmin istiqamәtin
nümayәndәlәri heç zaman apardıqları müqayisәlәrin nә üçün
olduğunu, kәşf etdiklәri münasibәtlәrin nәyi ifadә etdiyini
özlәrindәn soruşmurdular. Onların elmi tarixi olmaq әvәzinә,
hәddindәn artıq müqayisәyә söykәnirdi. Halbuki müqayisә
tarixi hәqiqәti üzә çıxarmaq üçün lazım olan şәraiti yaradır.
Lakin tәkcә müqayisә ilә düzgün nәticәlәrә gәlib çıxmaq
olmaz. Bu cür nәticәlәr isә komparativistlәrdәn bir dә ona
görә üz döndәrmişdi ki, onlar iki müxtәlif dilin inkişafina
eynilә tәbiәtşünasın iki müxtәlif bitkinin böyümәsinә baxdığı
kimi baxırdılar. Mәsәlәn, hәmişә hind-Avropa uludilindәn
çıxış etmәyә çağıran, eyni zamanda, görünür, müәyyәn 13
mәnada әsl tarixçi kimi hәrәkәt edәn Şleyxer tәrәddüd elә -