Page 11 - Ferdinand de Sössür_Layout 1
P. 11
Ümumi dilçilik kursu
maraqlar, demәk olar ki, bütünlüklә qәdim yunan vә Roma
abidәlәrinә yönәlir.
Üçüncü mәrhәlә dillәri bir-biri ilә müqayisә etmәk
imkanının kәşfi ilә başlandı. Müqayisәli fılologiya, yaxud
başqa sözlә, müqayisәli qrammatika belә meydana çıxdı.
1816-cı ildә Frans Bopp özünün “Sanskrit dilinin tәsrif sis-
temi haqqında”kı әsәrindә sanskriti yunan, latın vә başqa
dillәrlә bağlayan münasibәt lә ri araşdırdı. Lakin Bopp hәmin
bağlılığı müәyyәnlәşdirәn, bu dillәrin eyni bir ailәyә
mәnsubluğunu ehtimal edәn ilk tәdqiqatçı deyildi. Ona qәdәr
hәmin fikri ingilis şәrqşünası Vilyam Counz (1746–1794) da
sübut etmişdi. Bununla belә, ayrı-ayrı pәrakәndә mülahizәlәr
1816-cı ildә haqqında söhbәt gedәn tәdqiqat üsulunun
әhәmiyyәtinin, vacibliyinin artıq hamı tәrәfindәn dәrk
olunduğunun tәsdiqi üçün hәlә kifayәt etmirdi. Belәliklә,
Boppun xidmәti tәkcә Avropanın vә Asiyanın bәzi dillәri ilә
sanskritin qohumluğunu kәşf etmәkdәn ibarәt deyildi; o, hәm
dә predmeti qohum dillәr arasındakı münasibәtdәn ibarәt olan
müstәqil bir elm yaratmağın mümkünlüyünü dәrk etmişdi. Bir
dili başqa dilin әsasında tәhlil etmәk, bir dilin formalarını
başqa dilin formaları ilә izah etmәk – Boppun әsәrindәki ye-
nilik bundan ibarәt idi.
Əgәr әvvәl sanskrit kәşf edilmәsәydi, Bopp öz elmini
(hәm dә belә qısa bir müddәtdә) çәtin ki yarada bilәrdi. Bop-
pun axtarışlarının bazası mәhz ona görә genişlәndi vә
möhkәmlәndi ki, yunan vә latın dillәri ilә yanaşı, üçüncü in-
formasiya mәnbәyi – sanskritdәn istifadә imkanı әldә etdi; bu
üstünlük bir dә ona görә güclәndi ki, sanskrit onunla tutuş -
durulan dillәrә işıq salan әlverişli xassәlәr aşkarladı.
Bir nümunә әsasında buna diqqәt yetirәk... Latınca genus
(genus, generis, genere, genera, generum vә s.) vә yunanca
g nos (g nos, g neos, g neї, g nea, geneön vә s.) sözlәrinin
hallanma paradiqmasına baxsaq, bu cәrgәlәrә tәcrid olunmuş
şәkildә, yaxud öz aralarında müqayisә edәrәk yanaşmağı -
mızdan asılı olmayaraq, onlar heç bir nәticәyә gәlmәyә imkan 11
vermir. Lakin müvafiq sanskrit paradiqması (janas, janasas,