Page 7 - Ferdinand de Sössür_Layout 1
P. 7

Ümumi dilçilik kursu

          kursla (soruşula bilәr, hansı kursla?) kifayәtlәnmәk isә kitabın
          digәr iki kursa sәpәlәnmiş mәziyyәtlәrdәn mәhrum edilmәsi
          demәk olardı. Müәyyәn qәdәr mükәmmәl olan üçüncü kurs
          belә, öz-özlüyündә de Sössürün nәzәriyyә vә metodları barәdә
          tam tәsәvvür yarada bilmәzdi.
             Bizә mәslәhәt gördülәr ki, öz mәzmununa görә bu vә ya
          digәr dәrәcәdә orijinal olan bir sıra parçaları de Sössürdәn
          sonra qaldığı kimi nәşr edәk; әvvәlcә hәmin ideya xoşumuza
          gәldi, lakin dәrhal aydın oldu ki, bu halda müәllimimizin
          konsepsiyası tәhrif olunardı: binanın hәqiqi dәyәri onun
          bütövlüyündәdir, әtrafa sәpәlәnmiş materiallar yığınında
          deyil.
             Odur ki, daha cәsarәtli, eyni zamanda, görünür, daha
          ağıllı mövqedә dayandıq: de Sössürün şәxsi qeydlәri dә daxil
          olmaqla, әlimizdә olan bütün materiallardan istifadә edәrәk
          üçüncü kurs әsasında әsәri sintez, yenidәnqurma etmәyi
          qәrara aldıq. Bu, son  dәrәcә çәtin iş idi, tamamilә obyektiv
          bir bәrpa prosesindәn söhbәt gedirdi: hәr bәnd üzrә hәr fikrin
          özülünә enib, ümumiyyәtlә, bütöv sistemi әsas götürәrәk fikri
          bitkin formasında görmәyә çalışmaq, onu şifahi şәrh üçün
          sәciyyәvi olan müxtәlif ifadә formalarından tәmizlәmәk, sonra
          isә  özünәmәxsus yerini tapmaqla yanaşı, hәr bir tәrkib his -
          sәsini müәllifin mәqsәdinә uyğun şәkildә (hәmin mәqsәdi isә
          әldә etmәkdәn daha çox, düşünüb tapmalıydın) ardıcıllıqla
          tәqdim etmәk lazım gәlirdi.
             Ayrı-ayrı versiyaların birlәşdirilmәsi ilә bütövün rekons -
          truksiyası nәticәsindә yaranmış kitabı elmi dairәlәrin vә
          dilçiliyә maraq göstәrәnlәrin mühakimәsinә o qәdәr dә ürәklә,
          cәsarәtlә tәqdim etmirik.
             Əsas mәqsәdimiz elә bir üzvi bütövlük yaratmaq idi ki, heç
          nәdәn asılı olmayan mükәmmәl tamlıq tәsәvvürü әldә
          olunmasına kömәk etsin. Lakin mәhz buna görә biz iki tәrәfdәn  7
          tәnqidә mәruz qalacağımızı tәxmin edirik:
   2   3   4   5   6   7   8   9   10   11   12