Page 6 - Ferdinand de Sössür_Layout 1
P. 6
Ferdinand de Sössür
lәşdirilmәyә yaramayan yazılar tapdıq. Bu bizim üçün ona
görә kәdәrlәndirici idi ki, peşә fәaliyyәtimiz vaxtilә o müha -
zirәlәrdә iştirak etmәyimizә mane olmuşdu. Hәmin müha -
zirәlәr isә Ferdinand de Sössürün fәaliyyәtindә, “Hind-Avropa
dillәrindә ilkin saitlәr sistemi haqqında Memuar”ın meydana
çıxdığı zamanlarda olduğu kimi, parlaq bir mәrhәlә idi.
Belәliklә, biz yalnız dinlәyicilәrin hәmin mühazirә
kurslarında üç il әrzindә apardıqları qeydlәrlә kifayәtlәnmәli
olduq. Əlimizdә ilk iki kursun dinlәyicilәri olan Lui Kayın,
Leopold Qotyenin, Pol Reqarın vә Albert Ridlingerin, elәcә dә
üçüncü, daha vacib kursun dinlәyicilәri olan xanım Seşenin,
Jorj Deqalyenin vә Fransis Jozefin konspektlәri vardı. Xüsusi
bir mәsәlә barәdә qeydlәrini Lui Britş tәqdim etdi. Bütün
adıçәkilәn şәxslәrә minnәtdarlığımızı bildiririk. Əlyazmanı
nәzәrdәn keçirmәyә razılıq vermiş, dәyәrli fikirlәrini söylәmiş
görkәmli romançı Jülü Ronjaya xüsusi tәşәkkür edirik. Əldә
etdiyimiz material üzәrindә necә işlәdik? Hәr şeydәn әvvәl,
әsaslı tәnqidi tәhlil tәlәb olunurdu: bizә yalnız hәr bir kursda
ayrı-ayrı detallar sәviyyәsindә bütün versiyaları tutuşdurmaq
yolu ilә müәllif fikrinә gedib çıxmaq qalırdı. İlk iki kursla bağlı
A.Ridlingerlә әmәkdaşlıq etmәyә çalışdıq, çünki öz müәl -
liminin düşüncәlәrini daha maraqla izlәmiş dinlәyi cilәrdәn idi
vә onun qeydlәri bu baxımdan çox sәmәrәli oldu. Üçüncü
kursla bağlı versiyaların tutuşdurulması, redaktәsi ilә bağlı A.
Seşe böyük zәhmәt çәkdi.
Ancaq bu, hәlә işin hamısı deyildi. Kitab dili normaları ilә
düz gәlmәyәn şifahi şәrh forması bizә böyük çәtinliklәr
yaradırdı. Onu da nәzәrә almalıyıq ki, de Sössür çatdığı
sәviyyә ilә kifayәtlәnmәyәn insanlardan idi: onun düşüncәlәri
öz-özlüyündә ziddiyyәt yaratmadan, müxtәlif istiqamәtlәrdә
sәrbәst şәkildә inkişaf edirdi. Şifahi deyilmiş hәr şeyi olduğu
6 kimi nәşr etmәk mümkün deyildi: çünki tәkrarlar, kәlә-kötür
ifadә tәrzi nәşrin mükәmmәlliyinә xәlәl gәtirәrdi. Yalnız bircә