Page 8 - Ferdinand de Sössür_Layout 1
P. 8
Ferdinand de Sössür
Bir tәrәfdәn deyә bilәrlәr ki, bu “mükәmmәl bütövlük” tam
deyil. Axı müәllimimiz heç zaman dilçiliyin bütün bölmәlәrini
ehtiva etmәk, hamısını eyni dәrәcәdә, eyni parlaqlıqla
işıqlandırmaq iddiasında olmamışdır: faktiki olaraq, bunu edә
dә bilmәzdi, әslindә, mәqsәdi dә tamam başqa idi. O,
fikirlәrindә hәmişә rast gәldiyimiz, özünün formalaşdırdığı,
sabit olduğu qәdәr dә rәngarәng olan bir neçә әsas prinsipi
rәhbәr tutaraq dәrinә enir, yalnız hәmin prinsiplәr әsaslı
istifadә imkanı tapanda, yaxud öz yolunda darmadağın edә
bilәcәyi nәzәriyyәlәrә rast gәlәndә әtrafa nәzәr salırdı.
Bir sıra sahәlәrә, mәsәlәn, semantikaya ötәri toxunulması
da bununla izah edilir. Lakin bizә belә gәlir ki, hәmin
çatışmazlıqlar bütövlüyün arxitextonikasını zәdәlәmir. “Nitq
dilçiliyi”nin olmaması daha çox hiss edilir. Üçüncü kurs
dinlәyicilәrinә vәd edilәn hәmin bölmә, heç şübhәsiz, gәlәcәk
kurslarda şәrәfli bir yer tutacaqdı, hәmin vәdin nә üçün yerinә
yetirilmәmәsi yaxşı mәlumdur. Biz yenicә tәklif olunmuş proq -
ramla әlaqәdar müvafıq bölmәdә ötәri tapşırıqları toplayıb
vermәklә kifayәtlәndik: bundan artıq bir şey edә bilmәdik.
Digәr tәrәfdәn, bizi ona görә qınaya bilәrlәr ki, hәlә
Sössürә qәdәr yaxşı mәlum olan bәzi mәsәlәlәri dә kitaba daxil
etmişik. Lakin bu qәdәr geniş bir mövzunu şәrh edәrkәn hәr
şeyin eyni dәrәcәdә yeni olması mümkün deyil. Əgәr artıq
mәlum olan bir sıra müddәalar bütövün dәrki üçün lazımdırsa,
onları burada verdiyimizә görә doğrudanmı bizi günahkar
sayacaqlar? Mәsәlәn, fonetik dәyişmәlәr haqqındakı fәsil
әvvәllәr başqaları tәrәfındәn deyilmiş fıkirlәri ehtiva edir,
lakin hәmin fıkirlәr burada daha bitkin formada ifadә
olunmuşdur. Onu da deyәk ki, kitabın hәmin bölmәsi çoxlu ori-
jinal vә dәyәrli tәfәrrüatları әks etdirir. Bu tәfәrrüatları kitab-
8 dan çıxarmaq de Sössürün statik dilçilik sisteminin әsasında
dayanan prinsiplәrini dәrk etmәyә mәnfı tәsir göstәrәrdi.