Page 12 - Ferdinand de Sössür_Layout 1
P. 12
Ferdinand de Sössür
janasi, janassi, janasäm vә s.) qeyd olunan cәrgәlәrlә tutuş -
durulsa, mәnzәrә kәskin şәkildә dәyişәcәk. Hәmin paradiq-
maya ötәri baxış kifayәtdir ki, digәr iki paradiqma (yunan vә
latın) arasındakı mövcud qarşılıqlı münasibәt sübuta yetirilsin.
Janasın ilkin vәziyyәti tәmsil etdiyini ehtimal elәsәk (hәmin
ehtimal üçün müәyyәn әsas var), belә bir nәticәyә gәlә bilәrik
ki, g ne(s)os vә s.-dә hәmişә yunan formalarında iki sait
arasına düşәn s itmişdir. Bunun ardınca belә bir fikrә dә
gәlmәk olar ki, hәmin şәraitdә latın dilindә s > r -ya keçmişdir.
Bundan başqa, sanskrit paradiqması qrammatik baxımdan
hind-Avropa kökü anlayışını dәqiqlәşdirir, çünki hәmin ele-
ment burada tamamilә aydın, sabit bir vahidlә (janas-)
tәzahür edir. Latın vә yunan dillәrinin yalnız әn ilkin
mәrhәlәlәrindә sanskritin tәqdim etdiyi vәziyyәt bilinirdi.
Belәliklә, bu halda sanskrit onunla әlamәtdardır ki, bütün
hind-Avropa dillәrindәki s-lәr onda mühafizә olunmuşdur.
Doğrudur, başqa hallarda burada ümumi ulutipin xarakterik
cizgilәri çox pis saxlanılmışdır: deyәk ki, sanskritdә vokalizm
katastrofik şәkildә dәyişmişdir... Lakin, ümumiyyәtlә, onun
mühafizә etdiyi ilkin elementlәr tәdqiqata çox kömәk edir vә
әksәr hallarda mәhz sanskrit başqa dillәrdәki müxtәlif
hadisәlәri izah edәn dil mövqeyindә dayanır.
Boppla yanaşı, lap әvvәldәn digәr görkәmli dilçilәr dә
meydana çıxır: germanşünaslığın banisi Yakov Qrim (onun
“Alman dilinin qrammatikası” 1819–1837-ci illәrdә nәşr
olunmuşdu), etimoloji axtarışları dilçilәri geniş materialla
tәmin edәn Avqust Fridrix Pott, müqayisәli dilçiliyә vә
müqayisәli mifologiyaya aid әsәrlәrin müәllifi Adalbert Kun,
hindoloqlar Teodor Benfey, Teodor Aufrext vә başqaları.
Nәhayәt, hәmin mәktәbin son nümayәndәlәrindәn Maks
Müller, Georq Kursius vә Avqust Şleyxeri qeyd etmәk
lazımdır. Onların hәr biri müqayisәli dilçilik üçün çox iş
görmüşdür. Maks Mülleri öz parlaq mühazirәlәri (“Dil
haqqında elmdәn mühazirәlәr”, 1861, ingilis dilindә)
12 mәşhurlaşdırmışdı. Yeri gәlmişkәn, onu çox vicdanlı olmaqda
qınamaq olmaz. Əsasәn özünün “Yunan etimologiyasının