Page 17 - Ferdinand de Sössür_Layout 1
P. 17
Ümumi dilçilik kursu
Dilçiliklә sosial psixologiyanın qarşılıqlı münasibәtlәri
necәdir? Mahiyyәtcә, dildә, onun hәm maddi, hәm dә
mexaniki tәzahürlәri daxil olmaqla, hәr şey psixidir;
mәsәlәn, sәs әvәzlәnmәlәrindә olduğu kimi... Dilçilik sosial
psixologiyanı bu qәdәr qiymәtli faktlarla tәchiz edirsә,
onunla bir bütövdә birlәşmirmi? Bütün bu suallara burada
yalnız ötәri cavab verәcәyik, irәlidә onların üzәrindә daha
geniş dayanmağa ehtiyac olacaqdır.
Dilçiliyin fiziologiyaya münasibәtini aydınlaşdırmaq
daha az zәhmәt tәlәb edir: hәmin münasibәt birtәrәflidir,
belә ki, dillәrin öyrәnilmәsi zamanı sәslәrin fiziologiyasına
dair mәlumatlar lazım gәlir, halbuki dilçilik fiziologiyanın
sәrәncamına bu cür mәlumatları verә bilmir. İstәnilәn halda,
bu iki fәnnin qarışdırılması yolverilmәzdir: dilin mahiyyәti,
gördüyümüz kimi, dil işarәsinin sәs xarakteri ilә bağlı deyil.
Filologiyaya gәldikdә isә, artıq bilirik ki, hәr iki elm
arasında istinad nöqtәsi, bir-birinә qarşılıqlı xidmәt olsa da,
filologiya dilçilikdәn kәskin şәkildә fәrqlәnir.
Dilçiliyin praktik әhәmiyyәti nәdәn ibarәtdir? Çox az
adamda bu barәdә aydın tәsәvvür var vә burada hәmin
mәsәlәnin şәrhini genişlәndirmәyin yeri dә deyil. Hәr bir
halda, görünür, mәtnlәrlә mәşğul olan hәr kәs, mәsәlәn,
tarixçilәr, filoloqlar vә b. üçün dilçilik mәsәlәlәri maraqlıdır.
Dilçiliyin ümumi mәdәniyyәt üçün әhәmiyyәti dә tamamilә
aydındır: istәr ayrı-ayrı adamların, istәrsә dә bütöv
cәmiyyәtin hәyatında nitq fәaliyyәti bütün amillәrdәn daha
vacibdir. Ona görә dә tәsәvvür etmәk çәtindir ki, onun
öyrәnilmәsi ilә mәhdud sayda mütәxәssis mәşğul olsun.
Uzun sözün qısası, әslindә onunla az vә ya çox dәrәcәdә
hamı mәşğul olur; lakin nitq fәaliyyәti mәsәlәlәrinә bu cür
kütlәvi maraq paradoksal nәticәlәrә gәtirib çıxarır: elә bir
sahә yoxdur ki, bu qәdәr cәfәng ideya, xurafat, xam xәyal
vә fiksiya törәtsin. Bütün bu yanlışlıqlar müәyyәn psixoloji
maraq doğurur vә dilçiliyin әn mühüm vәzifәsi dә onları üzә
çıxarmaq vә imkan dairәsindә tamamilә aradan qaldır -
17
maqdan ibarәtdir.