Page 21 - Ferdinand de Sössür_Layout 1
P. 21
Ümumi dilçilik kursu
tamamilә tәbiidir – başqa sözlә, bizim ayaqlarımızın vәzifәsi
yerimәk olduğu kimi, nitq orqanlarının vәzifәsi dә danış -
maqdır. Dilçilәrin bu mәsәlәyә münasibәti bir-birindәn
mahiyyәtcә fәrqlәnir. Mәsәlәn, dili bütün xüsusiyyәtlәri ilә
ictimai tәsisatlarla bәrabәrlәşdirәn Uitni güman edir ki, biz
nitq orqanlarından nitq alәti kimi tamamilә tәsadüfi olaraq,
rahat olduğu üçün istifadә edirik; onun fikrincә, insanlar
eşitmә әvәzinә görmә obrazından faydalanaraq eyni uğurla
jestlәrdәn dә istifadә edә bilәrdilәr. Şübhәsiz, bu tezis
hәddindәn artıq mütlәqdir: dil heç dә bütün münasibәtlәrdә
ictimai tәsisat deyil; bundan әlavә, Uitni bizim seçimimizin
yalnız tәsadüfәn nitq orqanları üzәrindә dayandığını tәsdiq
edәrkәn hәqiqәtdәn çox uzaq düşür: axı hәmin seçim
müәyyәn dәrәcәdә tәbiәtin bizә verdiyidir. Lakin amerikan
dilçisi әsas mәsәlәdә, görünür, şәksiz haqlıdır: dil –
şәrtilikdir, şәrti seçilmiş işarәnin tәbiәtinin necәliyinin heç
bir fәrqi yoxdur. Ona görә dә, nitq fәaliyyәti problemindә
nitq orqanları mәsәlәsi ikinci dәrәcәlidir.
Hәmin fikri üzvlәrә ayrılmış nitq (langage articule)
dedikdә, nә anlaşıldığının müәyyәnlәşdirilmәsi yolu ilә dә
möhkәmlәndirmәk olar. Latın dilindә articulus “tәrkib hissә”,
“üzv(lәnmә)” mәnasını verir; nitq fәaliyyәtinә münasibәtdә
üzvlәnmә ya sәs zәncirinin hecalara, ya da mәna zәncirinin
mәnalı vahidlәrә parçalanması kimi anlaşıla bilәr; mәhz
bunu nәzәrә alıb almanca “gegliederte Sprache” deyirlәr.
İkinci müәyyәnlәşdirilmәyә әsaslanaraq demәk olar ki, insan
üçün tәbii olan danışıq (langage parle) şәklindә tәzahür edәn
nitq fәaliyyәti deyil, dil yaratmaq qabiliyyәtidir, yәni
diferensiallaşmış anlayışlara uyğun gәlәn diferensiallaşmış
işarәlәr sistemi yaratmaqdır.
Broka kәşf etmişdi ki, danışmaq qabiliyyәti böyük
beynin sol yarımkürәsinin üçüncü alın qırışığında yerlәşir;
hәmin kәşfә istinad edәrak nitq fәaliyyәtinә tәbii-elmi
xarakter vermәyә çalışmışlar. Vә mәlum olduğu kimi, hәmin
lokallaşdırma nitq fәaliyyәtinә aid olan hәr şeyә әsaslan - 21
maqla edilmişdir. Lakin bundan, elәcә dә hәmin lokallaşma