Page 26 - Ferdinand de Sössür_Layout 1
P. 26
Ferdinand de Sössür
mühafizә edilәn xәzinәdir; hәr kәsin, daha dәqiq desәk,
bütöv fәrdlәrin mәcmusunun beynindә virtual şәkildә
mövcud olan qrammatik sistemdir. Vә dil tam şәkildә
onların heç birindә deyil, yalnız kollektivdә mövcuddur.
Dillә nitqi fәrqlәndirmәklә biz eyni zamanda 1) sosial
olanı fәrdi olandan; 2) әsas olanı әlavә, yaxud az vә ya çox
dәrәcәdә tәsadüfi olandan ayırırıq.
Dil, danışanın fәaliyyәti (fonction) deyil. Dil danışanın
passiv şәkildә әks etdirdiyi hazır mәhsuldur; o heç zaman
qarşısına mәqsәd qoymur vә şüurlu olaraq onda yalnız tәsnif
olunan fәaliyyәt aparılır ki, bu barәdә irәlidә söhbәt ge dә -
cәkdir.
Əksinә, nitq iradәnin vә ağlın fәrdi aktıdır; hәmin aktda
1) danışanın öz fikrini ifadә etmәk mәqsәdi ilә dil kodundan
(code) faydalanarkәn istifadә etdiyi kombinasiyaları 2)
onları ifadә etmәyә imkan verәn psixofiziki mexanizmdәn
ayırmaq lazım gәlir.
Qeyd etmәliyik ki, biz sözlәrin deyil, predmetlәrin mü -
әy yәnlәşdirilmәsi ilә mәşğuluq; ona görә dә ortaya çıxar -
dığımız fәrqliliklәr müxtәlif dillәrdә bir-birinә o qәdәr dә
uyğun gәlmәyәn bәzi ikimәnalı terminlәrdәn heç cür ziyan
çәkmir. Belә ki, almanca Sprache fransızca langue ‘dil’ vә
langage ‘nitq fәaliyyәti’nә uyğun gәlir; almanca Rede
tәxminәn fransızca parole ‘nitq’ә uyğundur. Lakin almanca
Rede әlavә mәnaya malikdir: ‘natiq nitqi’ (=fransızca dis-
cours); latınca sermo, hәr şeydәn әvvәl, hәm langage ‘nitq
fәaliyyәti’, hәm dә parol ‘nitq’ mәnasını bildirdiyi halda, lin-
gua langue ‘dil’ mәnasını verir vә s. Yuxarıda müәyyәn
edilmiş anlayışların heç birinә dәqiq uyğun gәlәn sözü tap-
maq münkün deyil, ona görә dә müvafiq söz (termin) tap-
maq tamamilә әhәmiyyәtsizdir. Vә ümumiyyәtlә, bir şeyi
müәyyәnlәşdirәrkәn sözdәn çıxış etmәk düzgün deyil.
İndi isә dilin әsas xassәlәrini ümumilәşdirәk:
1. Dil nitq fәaliyyәtinin müxtәlif faktlarının çoxluğu
26 içәrisindә nәsә tamamilә müәyyәn bir anlayışdır. Onu nitq
fәaliyyәtinin nәzәrdәn keçirdiyimiz müәyyәn vәziyyәtindә,