Page 22 - Ferdinand de Sössür_Layout 1
P. 22
Ferdinand de Sössür
mәrkәzlәrinin zәdәlәnmәsi nәticәsindә müxtәlif afaziya
növlәri üzәrindәki müşahidәlәrdәn çıxış edәrәk, görünür,
qәrara gәlmәk olar ki: 1) şifahi nitqin müxtәlif pozuntuları
fәrqli yollarla yazılı nitqin pozuntuları ilә qırılmaz şәkildә
bağlıdır vә 2) bütün afaziya vә aqrafiya hallarında bu vә ya
digәr sәsi tәlәffüz etmәk, yaxud bu vә ya digәr işarәni
yazmaq qabiliyyәtinin pozuntusundan daha çox, şüurda
müәyyәn qaydaya tabe olan nitq fәaliyyәtinin işarәlәrini
müxtәlif vasitәlәrlә oyatmaq qabiliyyәtinin pozulmasıdır.
Bütün bunlar bizi belә bir fikrә gәtirir ki, müxtәlif orqanların
fәaliyyәti üzәrindә hәmin işarәlәri idarә edәn vә әsasәn dil
qabiliyyәtindәn ibarәt olan daha ümumi bacarıqlar dayanır.
Bu yolla biz bir daha әvvәlki nәticәyә gәlirik.
Nәhayәt, nitq fәaliyyәtini araşdırmağa mәhz dildәn
başlamağın zәrurәtinin sübutu üçün belә bir arqument dә
gәtirmәk olar ki, sözü artikulyasiya etmәk qabiliyyәti (tәbii
olub-olmamasının fәrqi yoxdur) yalnız kollektivin yaradıb
tәqdim etdiyi alәtin vasitәsilә hәyata keçirilir. Ona görә dә
heç bir ehtimalsız deyә bilәrik ki, nitq fәaliyyәtini birliyә
gәtirәn dildir.
22