Page 19 - Ferdinand de Sössür_Layout 1
P. 19
Ümumi dilçilik kursu
artikulyator fәaliyyәtindәn ayırmaq olmaz; digәr tәrәfdәn,
akustik amildәn kәnarda nitq orqanlarının hәrәkәtini tәyin
etmәk mümkün deyil.
2. Lakin tәsәvvür edәk ki, sәs nә isә sadә bir şeydir: bu -
nun la bizim nitq fәaliyyәti adlandırdığımız bitib-tükәnirmi?
Əsla. Çünki nitq fәaliyyәti yalnız fikir alәtidir, müstәqil
şәkildә mövcud deyil. Belәliklә, vәziyyәti bütünlüklә mürәk -
kәblәşdirәn yeni korrelyasiya meydana çıxır: mürәk kәb
akustik-artikulyasion bütövlük olan sәs öz növbәsindә mәf -
humdan ibarәt yeni mürәkkәb fizioloji-fikri bütövlük yaradır.
Lakin bu da hәlә tam deyil...
3. Nitq fәaliyyәtinin iki tәrәfi var: fәrdi vә sosial. Bun -
lardan birini o birisi olmadan anlamaq mümkün deyil.
Hәr hansı mәqamda nitq fәaliyyәti hәm müәyyәnlәşmiş
sistemi, hәm dә tәkamülü tәqdim edir; istәnilәn mәqamda
nitq fәaliyyәti hәm hәrәkәtdә olan qurum (institution
actuelli), hәm dә keçmişin mәhsuludur. Sistemlә tarix, olanla
olmuş arasındakı fәrqlәr ilk baxışda çox sadә görünür,
әslindә isә onlar bir-biri ilә elә möhkәm bağlıdır ki, onları
ayırmaq olduqca çәtindir. Əgәr nitq fәaliyyәtinә onun baş -
lan ğıcın dan, mәsәlәn, körpәnin nitq fәaliyyәtinin öyrәnil -
mәsindәn baxsaq, problem bәsitlәşdirilmәzmi? Qәtiyyәn.
Çünki belә bir fikir tamamilә yanlışdır ki, guya nitq fәaliy -
yәtinә münasibәtdә meydanagәlmә, yaranma problemi daimi
şәrtlәnmә problemlәrindәn fәrqlidir. Belәliklә, biz çıxılmaz
vәziyyәtdә qalmaqdayıq.
Göründüyü kimi, mәsәlәyә hansı tәrәfdәn yanaşırıqsa-
yanaşaq, obyekt bizә tamlığı, bütövlüyü ilә verilmir; hәr
yerdә eyni dilemmayla üzlәşirik: ya ona mәxsus olan
ikitәrәfliliyi dәrk elәmәkdә risk edәrәk diqqәtimizi hәr bir
problemin yalnız bir tәrәfinә cәmlәyirik, ya da nitq
fәaliyyәti hadisәlәrini eyni zamanda bir neçә baxımdan
öyrәniriksә, dilçiliyin obyekti müxtәlif xassәliyilә, biri
digәri ilә heç bir әlaqәsi olmayan hadisәlәr yığını kimi
qarşımıza çıxır. Bu halda dilçilikdәn qәti şәkildә ayırdığımız 19
bir sıra elmlәr: psixologiya, antropologiya, normativ qram -