Page 15 - Ferdinand de Sössür_Layout 1
P. 15
Ümumi dilçilik kursu
burasında idi ki, romanistlәr hind -avropaşünaslara baxanda
daha әlverişli vәziyyәtdә idilәr: hәr halda, roman dillәrinin
prototipi olan latın dili onlara mәlum idi, abidәlәrin bolluğu
ayrı-ayrı roman dillәrinin tәkamülünü izlәmәk üçün onlara
şәrait yaradırdı. Hәr iki vәziyyәt hipotetik mülahizәlәrin
dairәsini daraldır, romanistikanın bütün axtarışlarına yüksәk
dәrәcәdә konkret xarakter verirdi. Germanistlәr dә belә
idilәr... Düzdür, ulugerman dili bilavasitә mәlum deyil, lakin
ondan törәmiş dillәrin tarixi çoxsaylı abidәlәrin materialları
ilә yüz illәr boyu izlәnә bilәr. Ona görә dә reallığa daha yaxın
olan germanistlәr ilk hind avropaşünaslardan fәrqli baxışlara
gәlib çıxdılar.
İlk impulsu “Dilin hәyatı vә inkişafı” (1875) kitabının
müәllifi, amerikan Vilyam Uitni verdi. Tezliklә yeni mәktәb
– gәnc qrammatiklәr (Jung-grammatiker) mәktәbi yarandı ki,
onun başında alman alimlәri Karl Bruqman, German Ostqof,
germanistlәr Vilhelm Braune, Eduard Sivers, German Paul,
slavyanşünas Avqust Leskin vә b. dayanırdılar. Onların xid -
mәti bundan ibarәt oldu ki, müqayisәnin nәticәlәrini tarixi
perspektivә müncәr etdilәr vә bununla da faktları öz tәbii
qaydası ilә düzdülәr. Dilә öz-özünә inkişaf edәn orqanizm
kimi yox, dil qruplarının kollektiv ruhunun mәhsulu kimi
baxılmağa başlandı. Belәliklә, müqayisәli qrammatika vә
fılologiyanın ideyalarının yanlışlığı vә çatışmazlıqları dәrk
1
edildi . Bununla belә, hәmin mәktәbin xidmәtlәri nә qәdәr
böyük olsa da, düşünmәk olmaz ki, o, problemlәrә bütöv -
lükdә gur işıq salmışdır: ümumi dilçiliyin әsas mәsәlәlәri hәlә
indi dә öz hәllini gözlәyir.
1 Yeni məktəb reallığı daha dəqiq əks etdirməyə can ataraq komrara vistlərin
terminologiyasına, o cümlədən onların mən qsiz metaforalarına qarşı müharibə elan
etdi. İndi ar q “dil bunu edir, onu edir...” demək, dilin həya haqqında və s. danışmaq
olmazdı, çünki dil müstəqil varlığa malik hər hansı bir mahiyyət deyil, yalnız
danışanlarda mövcuddur. Lakin bu məsələdə həddindən ar q irəli getmək lazım deyil,
ən əsası odur ki, söhbə n nədən getdiyini anlayasan. Elə metaforalar var ki, onlardan
qaçmaq olmaz. Yalnız dilin real hadisələrinə cavab verən terminlərdən is fadə
edilməsini tələb etmək belə bir iddiada olmaq deməkdir ki, guya həmin hadisələrdə
ar q bizim üçün məlum olmayan heç nə yoxdur. Buna isə hələ çox var. Ona görə də 15
biz gənc qramma klərin rədd etdikləri bu cür ifadələrə hər hansı halda müraciət
eləməkdən çəkinməyəcəyik.