Page 14 - Ferdinand de Sössür_Layout 1
P. 14
Ferdinand de Sössür
mәdәn tәsdiq edir ki, yunan dilindә e vә o eyni saitin iki
“pillәsi”dir. Mәsәlә burasındadır ki, sanskritdә mövcud olan
sait әvәzlәnmәlәri hәmin pillәlәr barәdә tәsәvvür doğura bilәr.
Eyni növә aid bitkilәrin bir-birindәn asılı olmadan eyni
inkişaf fazalarından keçdiyi kimi, hәr bir dildә dә inkişafın
xüsusi olaraq yuxarıda haqqında bәhs etdiyimiz pillәlәrlә
paralel getdiyini nәzәrdә tutaraq, Şleyxer sanskrit ä-sında ä-
nın güclәnmәsini qeyd edir, hәmçinin yunan o-sunda da e-nin
güclü mәrhәlәsini görür. Əslindә isә, bunların hamısı hind-
Avropa sәs dәyişmәlәrinә gedib çıxır, hәm yunan dilindә,
hәm dә sanskritdә müxtәlif formalarda әks olunur; bu isә o
demәkdir ki, onların hәr iki dildәki qrammatik izlәrinin oxşar
olması o qәdәr dә hәlledici rol oynamır.
Hәddindәn artıq müqayisәli metod özü ilә bütöv bir sәhv
baxışlar sistemi gәtirir ki, hәmin baxışlar reallığa uyğun deyil
vә ümumiyyәtlә insan nitqinin mövcudluğunun konkret
şәrtlәrinә ziddir. Dilә xüsusi sahә kimi, tәbiәtin dördüncü
hakimiyyәti kimi baxılırdı – hәr hansı başqa bir elmdә maraq
doğura bilәn hәmin mühakimә üsulları buradan irәli gәlirdi.
Hazırda o vaxt yazılmış onca sәtri dә fikir möcüzәlәrinә vә
bu cür möcüzәlәri doğrultmaq üçün istifadә olunmuş
terminlәrә heyrәt etmәdәn oxumaq mümkün deyil.
Bununla belә, hәmin sәhvlәrlә tanışlıq metodoloji baxım -
dan әhәmiyyәtsiz deyil: gәnc elmin sәhvlәri hәmişә müәyyәn
dәrәcәdә elmi axtarışlara ilk başlayan insanın sәhvlәrini
xatırladır. Onların bәzilәri üzәrindә irәlidә dayanmalı ola -
cağıq.
Yalnız XIX әsrin 70-ci illәrindә sual vermәyә başladılar
ki, dillәrin varolma şәrtlәri hansılardır? Belә bir mәsәlәyә
diqqәt yetirildi ki, dillәri birlәşdirәn uyğunluqlar bizim “dil”
adlandırdığımız hadisәnin yalnız bir aspektidir, müqayisә isә
yalnız vasitәdir, faktların araşdırmalarında әsas götürülmüş
dilçilik, sözün hәqiqi mәnasında, roman vә german dillәrinin
öyrәnilmәsi zәminindә yaranmışdı. O cümlәdәn, mәhz ro-
manistika (onun banisi Fridrix Dits 1836–1838-ci illәrdә
14
“Roman dillәrinin qrammatikası”nı nәşr etdirmişdi) dilçiliyin
öz әsl obyektinә yaxınlaşmasına çox kömәk etdi. Mәsәlә